SON DƏQİQƏ:Sülhməramlılar döyüş hazırlığına başladı

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları yeni təsis edilmiş “Xankəndi” və “Xocavənd” poliqonlarında müntəzəm döyüş hazırlığı təlimlərinə başlayıb.

Kanal32.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, atış təlimləri zamanı hərbçilər müxtəlif tipli hədəfləri pulemyot və avtomatlar, snayper, tank əleyhinə qumbaraatanlarla vurub, həmçinin “BTR-82A” zirehli piyada döyüş maşınlarından istifadə edib.

Bundan əlavə, rus sülhməramlıları həm dağda, həm də dərədə hədəflərə əl bombası atıb.

Mənbə:ONN media