Bu hərbçilər “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi-SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb. 

Kanal32.az-ın məlumatına görə, sərəncama əsasən, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Sərəncama əsasən, 5203 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Təltif edilənlər arasında 1 general-leytenant, 15 polkovnik, 56 polkovnik-leytenant da var.

Təltif edilənlərin siyahısı ilə BURADAN tanış olmaq mümkündür.