TƏCİLİ-Çavuşoğlu Rusiyaya gedir-YENİ PLAN…

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekbarın 29-da Soçiyə səfər edəcək.

Kanal32.az xəbər verir ki, səfər Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun VIII iclası çərçivəsində baş tutacaq.

Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrovun rəhbərliyilə ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq mövzularda da geniş müzakirələrin aparılması nəzərdə tutulub.

İclasın sonunda Türkiyə Respublikası ilə Rusiya Federasiyası XİN başçıları arasında 2021-2022-ci illər üzrə görüləcək işlərlə bağlı məsləhətləşmə planı imzalanacaq.