“İnsanlar TƏBİB-ə nifrət edir”

Biz icbari tibbi sığortaya keçirik. Hesab edirəm ki, səhiyyə müəssisələri özəlləşdirilməyə çıxarılmalıdır”.

Kanal32.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“TƏBİB adlanan qurum yaradılıb. Amma özünü doğrultmayıb. Bunun nəticəsində həmin qurum insanların nifrətini qazanıb. Hesab edirəm ki, TƏBİB ləğv edilməlidir”,- deputat bildirib.