“Qarabağ Zəfərinin memarı, ad gününüz mübarək!”- Əziz Qənbər

Mən tələbəliyimi NAXÇIVANDA keçirmişəm. Kəlbəcərdən sonra o torpağı özüm üçün 2-ci MÜQƏDDƏS VƏTƏN hesab edirəm.
Atamgil Gəncədə, mən Naxçıvanda: Təbii ki, fiziki uzaqlıq mənəvi yaxınlığa səbəb olur. Çünki övlad uzaqda olanda valideyinlər daha çox səni düşünür, fikri zikri sənin yanında olur.
Evdə bişən ləziz yeməklərdən və s nemətlərdən evə daha yaxın olan övladlar bəhrələnə bilir. Bu o demək deyil ki, uzaqda olan övlad valideyin üçün 2-ci dərəcəlidir.
Sosial şəbəkələrdə əsgərlərimizin işğaldan azad edilmiş sərhəd bölgələrində bəzən təminatının zəif olması və bununla bağlı videolar tirajlanmaqdadır.
Mən əsgərlərimizin bir nəfərinin belə təminatsız olmasından narahatam və əgər bu hər hansı vəzifəli şəxsin günahı nəticəsindədirsə kəskin şəkildə qınayıram.
Amma və lakin bəzi şəxslərin bundan öz siyasi karyerasını “yüksəltmək” üçün istifadə edərək tirajlayırsa bunu daha çox qınayıram. Çünki Ordu həssas məsələdir. Ordumuzdakı çatışmamazlıqları düşmən də baxan sosial şəbəkələrdə tirajlamaq yolverilməzdir.
Babam xatirələrində deyirdi ki, 2-ci Dünya Müharibəsində elə olub ki, günlərlə ac qalmışıq, su tapmayıb gölməçədən su içmişik. Sonra isə belə deyirdi “ŞÜKÜR BU GÜNÜMƏ VƏ SİZ ÖVLADLARIMA, NƏVƏLƏRİMƏ”
Dünyanın bu qədər inkişaf etdiyi bir dönəmdə təbii ki, Qalib əsgərlərimiz üçün hər birimiz əlimizdən gələni etməliyik. Ancaq iş olan yerdə nöqsanlar da olar. Elə nöqsan var ki, (orduda olan və s) onu daxili gücümüzlə həll edək. Sosial şəbəkədə tirajlamaqla yox.
Siyasi mübarizə əgər dövlətin mənafeyinə zərər vurursa get evində otur siyasətin başını burax.
Mən son müharibədə gördüm ki, Ali Baş Komandanımız necə sevinir, necə ruhlanır ki, Qarabağı O və Onun komandanlığı altında Müzəffər ordu işğaldan azad edir. Yuxarda övladların uzaqda olmasını məsələsini məhz ona görə qeyd etdim ki, Əsgərlərimizin uzaqda olması Onun dövlət qayğısından uzaq olması kimi qiymətləndirilməməlidir. Əminəm ki, Ali Baş Komandanımız Onun komandanlığı altında olan hər bir əsgəri öz övladı kimi bilir. Kimlərinsə səhlənkarlığı nəticəsində olan xırda nöqsanların hamısını dövlətə və onun rəhbərinə qarşı istifadə etmək siyasi mübarizə deyildir.
Bir daha təbriklər, cənab Prezident!
Əziz Qənbər