Nazirə şikayət:”Yol Polisi məni şərləyib”-İDDİA

 Yol Patrul Xidmətinin əməkdaşı sürücünü şərləyib,ona qanunsuz olaraq protokol tərtib edib.

Bu iddianı Dünyamalıyev Aqil Rəşid oğlu səsləndirib.Vətəndaş Dünyamalıyev bildirir ki, Bakı şəhərində kəsik zolaqda hərəkət zolağını dəyişmək üçün sayrışan işıq siqinalından istifadə edərək zolağı dəyişdiyinə görə Yol Paturul Xidmətinin əməkdaşı tərəfindən saxlanılıb və şərlənərək 3 bal, 54 manat da cərmə yazılıb.

Vətəndaş tərəfindən İnterPosta.info-ya daxil olmuş şikayət ərizəsini olduğu kimi təqdim edirik:

Hörmətli Nazir Vilayət Eyvazov!

Mən Dünyamalıyev Aqil Rəşid oğlu 22.12.2020-ci il tarixində təxminən saat 11:12 radələrində HO2476 dövlət nömrə nişanlı avtomobili idarə etdiyim zaman YPX əməkdaşları idarə etdikləri YPX avtomobili ilə məni saxladı. Sonra mənimlə nəzakətsiz formada, etik qaydalardan kənar davranaraq, mən eşidə bilməyəcəyim səs tonu ilə özün təqdim etdi. Ardınca isə məni ələ salaraq rişxəndlə dedi ki, sənin istəyinlə sənə cərimə yazacağam və hansı pozunutu üçün olduğunu,məbləğini isə söyləmədi.
Mənə bildirdi ki, istəyirsən sənə 100 manat yazım, deyə məni yenə də ələ salaraq kinayə ilə gülümsədi. Polis əməkdaşı özünü necə təqdim etdisə, nə onun adını, nə də soyadını bilmədim. Yaranmış vəziyətə görə, polis adına sığmayan haqsız yanaşmaya görə, günahım olmadan, hərəkət zolağının tələbin pozmasam da şərləndiyim üçün yol paturul əməkdaşının idarə etdiyi avtomobilin dövlət qeydiyat nömrəsin yadımda saxlaya bilmədim. YPX əməkdaşı heç bir qayda pozmadığım halda məni nahaqdan inzibati məsuliyyətə cəlb etdi.
Cənab nazir, sizdən xahiş edirəm ki,mənim “qayda pozuntum”un görüntüsünü çıxarılaraq daxili təhqiqat idarəsində araşdırılmasına göstəriş verəsiniz!

Ümüd edirəm ki, pozulmuş hüquqlarım sizin sayənizdə öz yerini tapar.