Kamil Zeynallı vaxtından əvvəl azadlığa çıxdı

Xeyirxah əməlləri ilə tanınan fitnes məşqçisi, adı tez-tez qalmaqallarda hallanan Kamil Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.

Kanal32.az  xəbər verir ki, bu barədə məlumat Kamil Zeynallı özü verib..

Məlumata görə, K.Zeynallı Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlğa çıxıb. Və ona dəstək olan bütün şəxslərə və media qurumlarına, eyni zamanda “Kanal32” Media Şəbəkəsinə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, K.Zeynallı dekabrın 13-ü axşam saatlarında işğaldan azad edilən Kəlbəcər rayondan qayıdarkən  Göygöl rayonu ərazisindəki stasionar posta polis əməkdaşları tərəfindən saxlanılmışdı. Guya o, polisin qanuni tələbinə tabe olmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilmişdi.Məhkəmənin qərarına əsasən, K.Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs edilmişdi.

Xatırladaq ki, “Kanal32” Media Şəbəkəsinin rəhbəri,telejurnalist İnqilab Şirinsoy  Göygöl Rayon Məhkəməsinin bu addımını sərt şəkildə tənqid etmiş və müstəqil vəkilləri  məhkəmənin Kamil Zeynallının barəsində çıxardığı həbs qərarının ləğv edilməsi üçün vəsatət qaldırmağa və Kamilə hüquqi dəstək göstərməyə çağırmışdı.

Həmin yazını aşağıdakı linkədən oxuya bilərsiniz:

Kamil Zeynallının həbsinin arxasındakı gizlinlər-Göygöl polisi…-VİDEO

 

Kanala32.az