Almaniya Türkiyəyə embarqo qoyulması tələbinə qarşı çıxdı

Almaniya Yunanıstanın Türkiyəyə qarşı silah embarqosu tətbiqi ilə bağlı tələblərinə qarşı çıxıb.

KANAL32.az  xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Heyko Maas danışıb. Nazir bu tələbin strateji baxımdan doğru olmadığını bildirib. Türkiyənin NATO üzvü olduğunu xatırladan Almaniya XİN başçısı NATO üzvünə qarşı belə bir addım atmağın yanlış olacağını söyləyib.

H.Maas Aralıq dənizindəki Türkiyə-Yunanıstan qarşıdurmasının Yunanıstanın dediyi yollarla yox, diplomatik kanallar və siyasi yollarla çözülə biləcəyinə ümidini itirmədiyini əlavə edib