“Xilas Et Məni” layihəsi uğurla yekunlaşdı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş “Xilas Et Məni” adlı layihənin bağlanış mərasimi keçirilib.

Məlumata üçün bildirək ki,layihə çərçivəsində öncə layihənin təqdimatı baş tutub. Sonra100 nəfər iştirakçı arasında “Mənim günahım yox idi“, “Güvəndiyim dağlara da qar yağdı”, “Kaş məni başa düşən biri olaydı”, “Mən çox peşmanam”, “Görəsən məni bağışlayarmı”, “Mən niyə belə etdim?”, “Özümü bağışlaya bilmirəm” mövzularında esse müsabiqəsi keçirilib. Əvvəlcə onlardan 40 nəfər seçilib. Növbəti mərhələdə seçilmiş 40 nəfərin içərisindən 20 nəfər seçilib ki, bunun da 10 nəfəri psixoloji təzyiqə məruz qalan şagirdlər, digər 10 nəfəri isə psixoloji təzyiq göstərən şagirdlər olub.

-7 dekabr tarixində “Ataman” uşaqlar üçün “Səhvimi anlayıram” adlı ilk təlim;

-8 dekabr tarixində psixoloji təzyiq görərək əzilən uşaqlar üçün “Özümə güvənim sonsuzdur” adlı 2-ci təlim;

-9 dekabr tarixində iştirakçı şagirdlərin valideynləri üçün “artıq hər şey başqa cür olacaq” adlı 3-cü təlim;

-11 dekabr tarixində psixoloqlar, müavinlər və müəllimlər üçün “ Uşaqlar gələcəyimizdir-onların hüquqları bərabər və toxunulmazdır” adlı 4-cü təlim;

-14 dekabr tarixində 20 şagirdin iştirakı ilə “Mən Qalibəm!” adlı əyləncəli intellektual oyun həyata keçirilmişdir.

 Layihənin bağlanış mərasimində layihənin komanda üzvləri, layihə rəhbəri Yaqut Mustafayeva, ekspert Etiram Sadıqzadə, koordinator Məhəmməd Məmmədov, təlimçi İradə Şirəliyeva və Aytən Soltanova, seçilmiş 20 şagird iştirak edib.

Əvvəlcə layihə rəhbəri Yaqut Mustafayeva öz çıxışında layihə haqqında qısa məlumat verib. Layihənin həyatakeçirilməsinin hazırkı dövrümüz üçün nə qədər vacib olmasının əhəmiyyətini vurğulayıb. Təhsil Nazirliyinin Qrant müsabiqəsi barəsində məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra layihənin eksperti Etiram Sadıqzadə çıxış edərək hər kəsi salamlayəb, layihənin gedişatı və iştirakçılara hansı istiqamətdə və nə dərəcədə təsir etməsindən söhbət açıb. Layihənin gedişatının gözlənildiyindən daha yaxşı olduğunu, həqiqətən də şagirdlərin, valideynlərin, psixoloqların, müavinlərin, müəllimlərin bu layihədən maarifləndiyini qeyd edib.

Koordinator Məhəmməd Məmmədov öz nöbəsində layihənin icra müddətində görülən işlər barəsində tədbir iştirakçılarına məlumat verib. Layihənin məqsədi və vəzifəsi haqqında danışıb,gözlənilən nəticəni aldıqlarını diqqətə çatdırıb. Vurğulanıb ki, layihədə 100 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan təlimlərdə 103 nəfərin iştirakı təsdiqləndi, bu da layihəyə olan marağın bariz nümunəsidir.

Bundan sonra layihənin təlimçiləri İradə Şirəliyeva və Aytən Soltanova tədbir iştirakçılarını salamladılar, özlərini təqdim etdilər, İkinci Qarabağ Müharibəsinin qalibiyyəti münasibəti ilə bütün iştirakçıları təbrik etdi, iştirakçılarla birlikdə Şəhidləri yad etdilər. Təlimçilər olaraq bu günə kimi keçirilmiş “Səhvimi anlayıram”, “Özümə güvənim sonsuz”, “Artıq hər şey başqa cür olacaq”, “Uşaqlar gələcəyimizdir- onların hüquqları bərabər və toxunulmazdır” adlı təlimləri və onlardan əldə olunan nəticələr haqqında iştirakçıları məlumatlandırdı. Sonra şagirdlərlə ”Mən Qalibəm!” adlı əyləncəli intellektual yarış təşkil etdilər.

Sonda layihə rəhbəri Yaqut Mustafayeva çıxış edərək bütün layihə iştirakçılarına iştirak etdikləri üçün öz təşəkkürünü bildirib, gələcəkdə şagirdlərin cəmiyyətimiz üçün yararlı şəxslər olacaqlarından əmin olduğunu söyləyib. Öyrəndikləri məlumatları unutmamalarını və bundan sonra həyatlarını öyrədilən istiqamətdə qurmalarının əhəmiyyətini qeyd etməklə yanaşı, hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Etiram Sadıqzadə

“Gələcək Gənclərlə Gələcək” Gənclər İctimai Birliyinin sədri

Mingəçevir Regional Debat Mərkəzinin sədri