Kamil Zeynallının həbsinin arxasındakı gizlinlər-Göygöl polisi…-VİDEO

   Onun polisin qanuni tələbinə tabe olmaması yalandır…Göygöl Rayon Polis Şöbəsi niyə əsl həqiqəti gizlədir…?

N” saylı hərbi hissəsinin şəxsi heyətinə maddi yardım aparan, xeyriyyəçi addımları ilə tanınan Kamil Zeynallının həbsinin qaranlıq məqamları var və əsl həqiqət ictimaiyyətdən gizlədilir.

Məlumat üçün bildirək ki, Kamil Zeynallı Orduya həm maddi, həm də mənəvi dəstək olmaqla özü ilə 2 nəfər şəxsi də cəlb etməklə Kəlbəcər rayonuna gedib. Konkret desək,Kamil Zeynallı 09 dekabr 2020-ci il tarixdə Göygöl rayonun Toğan kəndində yerləşən stasionar polis  postunu keçərək Kəlbəcər rayonuna səfər edib. Kamil və onunla gedən iki nəfər əslində 3 gün Kəlbəcərdə qalıblar.Özləri ilə apardıqları 24 min mant dəyərində olan sovqatı və bir ədəd bahalı elektirik generatorunu Kəlbəcərdəki “N” saylı hərbi hissəyə təqdim ediblər. Hətta, əsgərlərimizə göstərdikləri dəstəyin tərkib hissəsi kimi onların saçlarının qırıxılmasını və üzlərinin təraş edilməsini təşkil ediblər.  Redaksiyamızın əldə etdiyi videogörüntülər onu deməyə əsas verir ki,adıçəkilən şəxslər həqiqətən də 3 gün Kəlbəcər rayonun ərazisində əsgərlərimizin yanında olub və orada  qalıblar. Qış mövsümündə olduqca sərt iqlimə və çətin relyefə malik olan Kəlbəcərə getmək üçün saatlarla vaxt sərf edən Kamil Zeynallı və dostları harın, eyni zamanda tülkü kimi qorxaq məmur balalarından fərqli olaraq qürur yerimiz olan Vətən keşikçilərinə öz sayğılarını və mənəvi borclarını yerinə yetiriblər.

Bəs sonra nə baş verib? O zaman sual olunur: Necə oldu ki, Kamil Göygöl ərazisindəki bütün postları problemsiz keçib, Kəlbəcər gedəndə heç bir pozuntu qeydə alınmadı,amma qayıdanda “polisin qanuni tələbinə tabe olmadı”???

Bu günə kimi adı müxtəlif qalmaqallarda hallanan Göygöl Rayon Polis Şöbəsi isə “quşu lap gözündən vurub”. Əslində isə özlərini biabrı ediblər və necə işlədiklərini ortaya qoyublar. Belə ki,Kamil Zeynallı və onunla birgə iki şəxs 13 dekbar 2020-ci il tarixdə Kəlbəcərdən qayıdarkən Göygöl rayonu ərazisində saxlanılaraq polisə şöbəsinə aparılıblar (böyük ehtimalla umacaqları olub).

Orada isə onlar haqqında “Polisin qanuni tələbinə tabe olmamama” adı altında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib. Daha sonar baxılması üçün aidiyyatı üzrə Göygöl Rayon Məhkəməsinə göndərilib. Qanunlarımızı başının üstündən yerə qoymayan, aydan-arı, sudan-duru olan Göygöl Rayon Məhkəməsi isə heç bir faktı araşdırmadan Kamil Zeynallı barəsində 30 sutka müddətində inzibati həbs qərarı verib. Digər iki şəxsi isə sadəcə cərimə etməklə kifayətlənib (hakim sağ olsun, çox “humanist” davranıb).

Şanlı Vətən Müharibəsi dövründə dövlətimizə, Ordumuza bir qara qəpiklik xeyri dəyməyən bu kabinet qəhrəmanları görəsən, az da olsa xəcalət çəkirlərmi? Axı bizim 2017-ci ildən cənab Prezidentimizin xüsusi fərmanı ilə ölkəmizdə cəzaların humanistləşirilməsi siyasəti tətbiq edilir. Kamil Zeynallının əməli(əgər pozunutu varsa belə) cəmiyyət üçün heç bir elementar təhlükə törətmir. Onun həm əvvəllər, həm də indiki xeyirxah addımlarını, xüsusən əsgərlərimizə göstərdiyi dəstəyi(oxu: müxtəlif səpkli dəstəkləri) nəzərə almaq olmazdımı, ay “qanunları şah sayan” kabinet qəhrəmanları?

Ən azından bir az utanıb xəcalət çəkmək lazım idi ki,bu adam Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad etmiş əsgərlərə maddi və mənəvi dəstək göstərir və cənab Prezidentin çağırışına öz dəstəyini nümayiş etdirir. Sizin kimilər isə övladlarını müxtəlif yollarla müharibdən yayındırmaqla, kasıbın,məzlumun qanını sormaqla məşğuldular. Vallah AYIBDIR,AYIB! Heç olmasa Kamili cərimə edib dövlətin büdcəsinə xeyir verəydiniz,ay xeyirsizlər!

Ay “qanunsevər” kabinet qəhrəmanları,ay Kamilə 1 aylıq həbs verən “qanun keşikçisi”,övladlarınız bir yana,özünüzdə o hünər varmı ki, bircə gecə gedib Kəlbəcərin qılınc kimi kəsən saxtalı-sazaqlı havasında çöldə qalasınız? Bu sualıma cavab tapa bilməyəcəyəm.Çünki sizin kimilər başqa havada, başqa yerlərdə gecələməyi bilir…Səngərlərdə yox…

Görünüən və aydın olan bir məqam da var.Göygöl Rayon Polis Şöbəsinin rəhbərliyi Daxili İşlər Nazirliyini və ictimaiyyəti böyük ehtimalla aldadıb və aldadır…

Bütün bunları sonunda redaksiya olaraq müstəqil vəkillərdən xahiş edirik ki, Göygöl Rayon Məhkəməsinin Kamil Zeynallının barəsində çıxardığı həbs qərarının ləğv edilməsi üçün vəsatət qaldırasınız və Kamilə hüquqi dəstək göstərəsiniz.

P.S. Oxucuların diqqətinə çatdırım ki,mən əslində sosial şəbəkələr üzərindən Kamili ən çox tənqid edənlər olmuşam. Bəzi yersiz və kobud hərkətlərindən dolayı.Ancaq onun və onun kimilərin  xeyirxah və vətənpərvər addımlarını hər kəs təqdir etməlidir.

İnqilab Şirinsoy

Kanal32.az