“Məktəb-Valideyn Əməkdaşlığı Poqramı” layihəsi uğurla yekunlaşdı-FOTO

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş “ Məktəb-Valideyn Əməkdaşlığı Proqramı” adlı layihənin bağlanış mərasimi keçirilib.
Kanal32.az-a verilən məlumata görə,bağlanış mərasimində layihənin komanda üzvləri, layihə rəhbəri Mingəçevir şəhər R.Mirabov adına 7 saylı tam orta məktəbin müəllimi Səbuhi Məmmədov, ekspert Etiram Sadıqzadə, koordinator Şəmistan Abdullayev, təlimçi İradə Zülfüqarova, Mingəçevir Şəhəri N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin, R.Mirabov adına 7 saylı tam orta məktəbin, D.Nağıyev adına 9 nömrəli tam orta məktəbin, V.Ağakişiyev adına 12 saylı tam orta məktəbin valideynləri həmçinin həmin məktəblərdə müəllim kimi fəaliyyət göstərən valideynlər iştirak edib.
Öncə layihə rəhbəri öz çıxışında layihə haqqında qısa məlumat verdi.Təhsil Nazirliyinin Qrant müsabiqəsi barəsində məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.Daha sonra layihənin eksperti Etiram Sadıqzadə çıxış edərək hər kəsi salamladı, layihənin gedişatı barəsində məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Koordinator öz nöbəsində layihənin icra müddətində görülən işlər barəsində tədbir iştirakçılarına məlumat verib.Layihənin məqsədi və vəzifəsi haqqında danışdı, gözlənilən nəticəni aldıqlarını söyləyib. Qeyd edilib ki, layihə çərçivəsində 100 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan təlimlərdə 116 nəfərin iştirakı təsdiqlənib. Bu da layihəyə olan marağın daha da böyük olmasının bariz nümunəsidir.
Bundan sonra layihənin təlimçisi İradə Zülfüqarova tədbir iştirakçılarını salamlayaraq özünü təqdim edib, İkinci Qarabağ Müharibəsinin qalibiyyəti və keçirilmiş QƏLƏBƏ PARADI münasibəti ilə bütün iştirakçılarına öz təbriklərini çatdırıb. Şəhidlərimizi ehtiramla yad edib və onların qanlarının yerdə qalmadığını deyib. Təlimçi olaraq bu günə kimi keçirilmiş təlimlər və onlardan əldə olunan nəticələr haqqında iştirakçıları məlumatlandırıb. Valideynlərə fəal iştiraklarından dolayı minnətdarlığını ifadə edib.
Layihənin bağlanış mərasimində “Məktəb-Valideyn Əməkdaşlıq Proqramı”na həsr olunan “Güc birlikdədir” adı altında intellektual yarış təşkil olunub. Suallarını layihə eksperti Etiram Sadıqzadənin səsləndirdiyi intellektual yarışda verilən cavablar layihə iştirakçılarının keçirilən təlimlərdən maksimum informasiya əldə edib onlardan yararlana bildiklərini isbat etmiş olub.
Sonda layihə rəhbəri Səbuhi Məmmədov çıxış edərək bütün layihə iştirakçılarına iştirak etdikləri üçün öz təşəkkürünü bildirib, hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
#AZTN #IVqrantmusabiqesi #MəktəbValideynƏməkdaşlığıProqramı

 

“Gələcək Gənclərlə Gələcək” Gənclər İctimai Birliyi