TƏCİLİ-“Human Rights Watch”: Ermənistan Azərbaycana…

Ermənistan silahlı qüvvələri 2020-ci ilin sentyabr ından noyabrına qədər davam edən döyüş əməliyyatları zamanı qanuna zidd olan raketlərlə hərbi və mülki hədəflər arasında ayrı-seçkilik etmədən Azərbaycana zərbələr endirib.

KANAL32.AZ xəbər verir ki,bununla bağlı məlumat “Human Rights Watch”un hesabatında yer alıb.

Hesabatda qeyd edilib ki, aparılan araşdırma zamanı Ermənistan silahlı birləşmələrinin Azərbaycandakı mülki əhalinin yaşadığı əraziələrə ballistik raketlər, top mərmiləri və iriçaplı silahlardan 11 dəfə zərbə endirildiyi müəyyənləçib.

Sənəddə təşkilatın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Terterdəki şəhər, qəsəbə, kəndlərinə erməni hərbi qüvvələri tərəfindən edilən hücumların araşdırıldığı bildirilib.

Bildirilib ki, belə hücumlar zamanı mülki şəxslər öldürülüb və mülki obyektlər dağıdılıb.

Hesabatda qeyd edilib ki, oktyabrın 4-ü və 17-si arası Gəncəyə edilən hücumlar 32 mülki şəxsin ölümünə səbəb olub, bu hücumlarda idarə olunmayan “Smerch” artilleriya raketləri və “SCUD-B” ballistik raketlərindən istifadə olunub.

Sənəddə həmçinin, Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına istinad edilib. Bildirilib ki, silahlı münaqişə vaxtı 98 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb, 3000-dən çox ev və 100 yaşayış binası dağıdılıb və ya ciddi zərər görüb.