Mingəçevirdə pandemiya dövründə kütləvi işdən çıxarma-VİDEO+FOTO

Mingəçevir şəhərində növbəti dəfə işçilərin kütləvi şəkildə işdən çıxarılması halı baş verib.

Kanal32.az-ın redaksiyasına müraciət edən 22 nəfər üzləşdikləri vəziyyətlə bağlı ölkə başçısı möhtərəm İlham Əliyevə ŞİKAYƏT ƏRİZƏSİ,eyni zamanda videomüraciət  ünvanlayıblar.

Həmin şikayət ərazisəni olduğu kimi təqdim edirik:

   Azərbaycan Respublikasının Preizdenti möhtərəm cənab İlham Əliyevə

Kütləvi şəkildə işdən azad edilən Mingəçevir şəhər sakinləri tərəfindən

                                                ŞİKAYƏT ƏRİZƏSİ

   Möhtərəm cənab Prezident, bildiririk ki, biz Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin DOST İş Mərkəzi tərəfindən Azərbaycan İstilik Elektrik Stansiyasının “Müvəqqəti işlərə cəlb olunanlarla iş” sahəsi üzrə işə göndərilmişik. Ancaq bu günlərdə bizə xəbərdalıq bildirişi göndərilib və qeyd olunub ki, sizinlə bağlanan əmək müqaviləsinə 30 dekabr 2020-ci il tarixdə xitam veriləcək. Diqqətinizə çatdıraq ki, bizim hər birimizin maddi vəziyyəti olduqca aşağıdır və demək olar ki, ailəmizin minimum ehtiyaclarını belə ödəyə bilmirik. Bələ olan halda isə bizi pandemiya dövründə işdən azad edirlər. Sizin xüsusi tapşırığınıza görə pandemiya dövründə və sərtləşdirilmiş karantin vaxtı işçilərin işdən azad olunması yolverilməzdir. Amma görünən odur ki, nə “Azərenerji” ASC, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin DOST İş Mərkəzi bu tapşırığınızı nəzərə almaq fikrindən uzaqdır.

  Möhtərəm cənab Prezident, onu da diqqətinizə çatdıraq ki, əslində burada bizim əmək hüquqlarımız da pozulur. Çünki bizi dəvət edib deyirlər ki, könüllü olaraq ərizə yazın və və xahiş edin ki, bizi öz ərizəmizə uyğun olaraq işdən azad edin. AzİES-in kadrlar şöbəsinin məsul əməkdaşı Arzu Ağalarova bizimlə hədə dili ilə danışır. O zaman sual yaranır. Əgər bizimlə bağlanmış əmək müqaviləsinin müddəti bitirsə, niyə biz öz xahişimzlə işdən azad olunma üçün ərizə yazmalıyıq? Niyə həmin müqaviləyə rəsmi qaydada xitam verilmir? Niyə bizə göndərilmiş xəbərdalıq bildirşində əmək məcəlləsinin maddəsi konkret göstərilməyib?

  Möhtərəm cənab Prezident, bir daha qeyd etmək istəyirik ki, bizim yaşayış səviyyəmiz olduqca aşağıdır, ailəmizi dolandırmaqda çox çətinliklərə üzləşirik. Xəstəliklərin tüğyan etdiyi bir vaxtda ailə üzvlərimizi elementar qida ilə təmin edə bilmirik. Belə olan halda isə bizi aldığımız minimum əmək haqqından da məhrum edirlər. Bəs biz bu çətin dönəmdə, insanların yaşamaq uğrunda mübarizə apardığı bir vaxtda ailəmizi, xəstələrimizi, azyaşlı övladlarımızı necə dolandıraq???

   Möhtərəm cənab Prezident, ona görə Sizdən xahiş edirk ki, yuxarıda sadaladıqlarımızı, üzləşdiyimiz çətinlikləri və sözün əsl mənasında ailəmizin ağır vəziyyətini nəzərə alaraq bizim işə bərpa olunmağımız üçün müvafiq qaydada göstəriş verəsiniz. Biz heç bir yüksək vəzifəli məmura inanmırıq, onların 90 faizi dövlətimizi aldatmaqla məşğuldur. Həm xalqımızın, həm də  bizim və ailə üzvlərimizin ümidi yalnız Sizədir…

Əvvəlcədən dərin minnətdarlığımızı bildiririk.

İMZALAR:

1.Abdullayev Nurlan Bərhuz oğlu (Şəhid ailəsi, Şəhid övladı)

2.Sülmalıyev Elgiz Elburus oğlu

3.uduyev Zaur Tahir oğlu (məcburi köçkün,evlərində 1-ci qrup əlil var)

4.Qasımov Nicat Adil oğlu

5.Məmmədov Ramil Məhəmməd oğlu

6.Mahmudov Nicat Rasim oğlu

7.Həsənov Vuqar Aydın oğlu

8.Namazov Məzahir Qəni oğlu (mcburi köçkün)

9.Cəbrayılova Bəyaz Kamal qızı

10.Verdiyeva Elnarə Rövşən qızı

11.Əşrəfova Suqra Ələddin qızı

12.Əsədov Faiq Zakir oğlu

13.Əliyev İlhami Əli oğlu

14.Məmmədov İslam Bəhərçin oğlu(ata-ana işləmir,aliment ödəyir)

15.akirov Çingiz Feiruz oğlu

16.Əşrəfbəyli Əşrəf  Etibar oğlu(ali təhsilli,evdə tək özü işləyir)

17.Bayramov Xəqani Allahyar oğ

18.Əzizov Orxan Fəxrəddin oğlu(3 uşağı və evində 1-ci qrup əlil var)

19. Quliyev Səyyaf Pənah oğlu (ailədə tək özü işləyir,Şəhid övladı)

20.Məmmədov İman Tahir oğlu

21.Tanrıverdiyev Elşən Yaşar oğlu

22.Mahmudov Elgiz Zaur oğlu

9 dekabr 2020-ci il                Əlaqə nömrələri: 055-629-46-92  ; 051-401-96-15

Məlumat üçün onu da qeyd edək ki, işdən çıxarılanlar Prezident İlham Əliyevlə yanaşı Əmək və Əhalinin Sosila Müdafiəsi naziri Sahil Babyevə də müraciət ediblər. Bu qəbildən olan kütləvi işdən çıxarmalar və ixtisarlar Mingəçevirdə ilk hal deyil. 100 nəfərə yaxın şəxs bu cür özbaşınalıqlarla üzləşib.Ancaq çox maraqlıdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı bir dəfə də olsun rəhbərlik etdiyi şəhərin sakinlərinin üzləşdiyi bu problemin həllinə yardımçı olmayıb. Konkret desək, onların umurunda belə olmayıb.Sanki bu insanlar Mingəçevirin yox, Lerikin sakinləridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə və DOST İş Mərkəzinə ulaşmaq cəhdimiz isə nəticəsiz qaldı.Nədənsə telefonları qaldıran yoxdur.

Bütün hallarda redaksiya olaraq sözügedən və aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az