Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Kanal32.az “Sabah”a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.Əldə etdiyimiz məlumata görə, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.
2018-ci ilin fevralın 6-dan Cəlilabad rayonunun icra başçısı işləyən Namiq Zeynalov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxınlığı ilə tanınır.