Avropada “Azərbaycanın Dostları” Cəmiyyətindən diqqətçəkən MÜRACİƏT

Avropadakı “Azərbaycanın Dostları” Cəmiyyəti Qarabağ münaqişəsi ilə bağlı ermənilərə və bir qrup Azərbaycan ziyalılarına  müraciət edib.

Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri kimi mənə Avropa dövlətlərində yaşayan, Ermənistan və Azərbaycan arasında silahlı münaqişələrə qarşı çıxan bir çox erməni ictimai fəalları müraciət ediblər. Onlar qeyd edirlər ki, bu qarşıdurmalar sülh razılaşması ilə bitməlidir.

Avropada “Azərbaycanın Dostları” Cəmiyyəti olaraq, bu problemin aradan qaldırılmasının, Cənubi Qafqazdakı dövlətlər və xalqlar arasında həqiqetən sülhün təmin edilməsi təşəbbüsünü müdafiə edirik. Unutmaq olmaz ki, indi dünyanın bir sıra dövlətləri regional həmrəylik nümayiş etdirərək öz xalqlarının rifahı naminə böyük uğurlara imza atırlar.

Tale elə gətirib ki, Azərbaycan və Ermənistan qonuşuluq şəraitində yaşamalıdırlar. 1991-ci ildə BMT-nin hər iki dövlətin ərazilərin bütövlüyünü tanımaq barəsində beynəlxalq qərar var və dünyanın bütün dövlətləri buna səs veriblər.

2020-ci il 27 sentyabrın 10 noyabr tarixinə kimi Azərbaycan ərazisində terrorizmə, “hərbi xunta” siyasətinə son qoyulması məqsədilə döyüşlər getdi. Hər iki tərəfdən ölənlər və yaralananlar, əsir düşənlər oldular.

Tarixdə İngitərə və Fransa arasında yüzillik müharibə olub. II Dünya Müharibəsində Sovet İttifaqı adına Rusiya və Almaniya arasında müharibə olub. Hər iki tərəfdən milyonlarla insanlar qurban gediblər. Bu gün dünyanın mədəni xalqları və dövlətləri kimi İngiltərə və Fransa, Rusiya və Almaniyanın münasibətləri ən yüksək səviyyədə inkişaf edib.

Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında bir-birlərinin ərazi bütövlüyünə hörmətin olması, hər hansı separatizmə YOX deyilməsi regionun siyasi, sosial, iqtisadi, mədəni və ictimai baxımdan inkişafına çox böyük təkan ola bilər.

Indi Avropa və dünyanın digər bölgələri ilə inteqrasiya məsələsində Cənubi Qafqaz çox mühüm rol oynayır. Bu üç qonşu dövləti hansısa xarici dövlətin öz imperiya maraqları çərçivəsində, ya da coğrafi hüdudlarımızdan uzaqda olan hansısa dövlətin hədəfləri  çərçivəsində qarşıdurmaların yaranması regionun inkişafına qarşı sarsıdıcı zərbələr deməkdir. Bu gün nə erməni, nə azərbaycanlı, nə də gürcü anası övladlarına görə göz yaşları tökmək istəmirlər. Bu üç dövlətin potensial imkanı var ki, Qafqazı əsil cənnətə döndərə bilək. Bizlər əl-ələ verib yeni layihələrə imza atmalıyıq. Bundan  gürcülər, ermənilər, həm də azəbraycanlılar fayda görəcəklər. Ona görə də hər üç dövlət bir-birinin sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmalıdır.
Cənubi Qafqazı əsil cənnətə o zaman çevirə bilərik ki, üç dövlət arasında mehriban qonşuluq yüksək səvviyyədə inkişaf etsin.

Biz beynəlxalq hüquq normalarına və sülhə, vətəndaş cəmiyyəti fəlsəfəsinə inandığımız üçün Ermənistana müraciət edirik.

Əlinizdə olan bütün azərbaycanlı  əsirləri qarşılıqlı etimad göstərərək təhvil verilməsində humanizm nümayiş etdirəsiniz. Unutmayın ki, əsirlərin dəyişdirilməsi prosesi baş verəcəkdir. İki dövlət arasında münasibətlər beynəlxalq səviyyədə inkişaf edəcək.

Artıq Cənubi Qafqaz və Avropa arasında XXI əsrin ən möhtəşəm layihələrinin həyata keçirilməsi proseslərinə başlanılıb. Dünyanın bütün peşəkar siyasi və iqtisadi sahələr üzrə mütəxəssislərinin  etiraf etdiyi kimi, Ermənistanın “İpək Yolu” və digər layihələrdə iştirak etməsi ölkənin milli gəlirlərinin və beynəlxalq əlaqələrinin inkişafı baxımından geniş perspektivlərə yol açır. Hər iki dövlətin rəsmilərinin, vətəndaş cəmiyyəti institutlarının, xarici ölkələrdə yaşayan və xalqlarası münasibətlərin normallaşamasını istəyən, bu yöndə  fəaliyyət göstərən bir sıra ictimai xadimlər əbədi sülh tərədarı kimi çıxış edirlər. Odur ki, bizlərin müraciətimizə diqqətlə yanaşıb və bu istiqamətdə humanizmi gostermeyinize Inaniram.

Biz qürbətdə yaşayan bir soydaş kimi, Azərbaycan İnsan Haqları təşkilatlarının sədrləri Səidə Qocamanlı, Eldar Zeynalov, Zəlihə Tahirova, Səadət Bənənyarlı, Yusif Bəkirov, Teymur Quliyevə,elece de ictmai xadimlər kimi tanınan İlham İsmayıl, Mehriban Vəzir, Qulu Məhərrəmli, Arif Əliyev, Elçin Şıxlı,
Ənvər Börüsoy, Rauf Arifoğlu, Rəşad Məcid, Sahil Qasımov, Fəxri Uğurluya müraciət edirik ki, Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin bu təşəbüsünə dəstək olsunlar. Sülhün dəyərlərinə önəm verəsiniz.

Hörmətlə,

Elman Mustafazadə
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri,
“Xudafərin” jurnalının baş redaktoru
————————————————————–
Bizə müraciət 

Освобождение военнопленных

Председателю общества “Друзья Азербаджана” в Европе, Главному редактору журнала «Худаферин» Эльман  Мустафазаде, от группы активистов в Нидерландах Weradarc Tun/Return Home.

Заявление

Уважаемый Mener Эльман  Мустафазаде.  Уже много лет, вы известны своей широкой общественной деятельностью по представлению Азербайджанской истории и культуры на территории королевства Нидерландов. Зная о вашей позиции, основанной на гуманности и уважении к нормам международного права, обращаемся к вам от нашей организации с просьбой посочувствовать и помочь в освобождении пленных солдат армии Армении и мирным гражданам, попавших в плен, в результате военных действий с сентября по ноябрь 2020 года.

Очень надеемся, что наше обращение будет рассмотрено и будет оказано необходимое содействие.

Представитель группы активистов Weradarc Tun/Return Home,

с огромным уважением,
Эдита Симонян и
Эдвин Мартиросян
Андраник Варданян

———————————-

Освобождение военнопленных
Государственная Комиссия Азербайджанской  Республики  по делам военнопленн, заложником и без вести пропавших  граждан

От имени общественной организации, группы активистов в Нидерландах Weradarc Tun/Return Home обращаемся к вам  с большой просбои.

Наша организация  не занимается  политикой. Мы занимаемся  общественной  деятельностью .Нам очень  жаль,что во время этой  войны было убито множество людей  как армянский стороны так и азербайджанский. Очень  жестоко  видеть детей сиротам, матерей, жен которые носят черные.В   результате этой зловещий  войны  есть  много военнопленных. Мы просим Вам  помочь вернуться им на родину. Человечность и доброта не признают не религии, не национальности. Мы  верим и надеемся что Вы услышите нашу просьбу .

Пусть будет мир на свете. Чтоб люди жили  мирно и дружно!

Заранее благодарность.

Представитель группы активистов Weradarc Tun/Return Home,

с огромным уважением,

Эдита Симонян
Эдвин Мартиросян
Андраник Варданян

Xudaferin.eu