İşğalçılığın parazitlik nişanələri, siyasi analitika

İşğalçılığın parazitlik nişanələri, siyasi analitika…

Qarabağın işğal edilməsi Ermənistanın açıq müdaxiləsi ilə həyata keçirilsə də, bu proses bilavasitə Rusiyanın (həm də keçmiş SSR-nin) bilavasitə dəstəyilə baş tutmuşdu. İmperiya meyyli rus siyasi elitası sovet imperiyasının nüfuz dairəsini saxlamağın effektiv yolunu post sovet məkanında milli münaqişələrin körüklnməsi, lokal müharibələrin qızışdırılması ilə “parçala hökm et!” aksiomuna üstünlük verib və verir. Moskva Türkiyəyə qarşı PKK terrorçularını yardıb dəstəkləyəndə də bunu dolayısılə strateji maraqları kontekstindən dəyərləndirirdi ki, bu gün də erməni terrorçu-separatistlərini öz əlində peşkaya çevirib.

Müzəffər Azərbaycan ordusunun 44 günlük VƏTƏN SAVAŞInda erməni terrorizminə vurduğu ağır zərbədən çətin ki, onlar bir də özlərinə gələ bilələr. Lakin, bu vəziyyət onların himayədarlarını da çox narahat edir. Elə bu baxımdan arxayınlaşmamağı tövsiyyə edən bir çox analitiklər, hər iki Qarabağ müharibələrinin dərslərindən həmişə nəticə-ibrət çıxarmağı haqlı olaraq tövsiyyə edirlər. 30 ilə yaxın bir müddətdə şəhərlərimizi, kəndlərimizi və minlərlə hektarda yararlı torpaqlarımızı xarabalığa çevirən düşmən bir gün bunun hesabını verəcəyini olmayan ağlının ucundan da keçirmirdi.

Hətta, qondarma artsax adına oyuncaq atributlar belə formalaşdırmışdı. Ermənistan bayrağının üstünə parazit öküz soliterinin şəklini yapışdırmaqla bunu qanunsuz qurumlarının rəmzi kimi qəbul edirdilər. Heç bir beynəlxalq təşkilatın və dövlətlərin tanımadığı halda keçirdikləri bütün yerli seçkilər də necə deyərlər “cəhənnəmlik oldu”. Bəs, bu xəstə təxəyyülün sonu yoxdurmu? Əlbəttə ki, var, yalnız havadarlığın kəsilməsi onların sonunu gətirə bilər! Bunu Azərbaycanın parlaq QƏLƏBƏsi ilə nokauta düşən erməni separtçılarının liderləri də etiraf edirlər ki, əgər ruslar müdaxilə etməsəydi, tamailə məhv olma qaçılmaz olacaqdı. İndi onlar rus mirotvarlarının paçasında gizlənməklə törətdikləri ağır cinayətlərin məsuliyyətindən yayınmağa çalışırlar. Lakin, gec ya tez xalqımıza qarşı cinayət törədənlər tutulub ədalət məhkəməsinə çıxarılacağı gün gələcək. Bu yazını daha çox tətikləyən stimul əvvəllər qırmızı-göy və uşaq nəcisi rəngindəki erməni bayrağı əvəzinə indi də separatçıların öz parazit nəsnəsi olan “soliter qurdu”nu rus bayrağı üzərində verməkləri oldu.

Rasim Zeynalov

politoloq