“Milli Xilaskar” adı kimə verilsin?-Türkiyədəki soydaşımızdan TƏKLİF

Türkiyənin Yıldız Teknik Universitetinin doktorantı Dilbər Sadıqova ikinci Qarabağ savaşının qələbəylə bitməsindən sonra , 11.11.2020-ci il tarixdə belə bir təklif irəli sürüb.
Kanal32.az-ın məlumatına görə, təklifdə deyilir:”Azərbaycan xalqı tarix boyu əzəli torpaqlarının bir qismindən məhrum qalmışdı. 200 ildir torpaq itirsə də geri ala bilməmişdi. Bunun üçün cəsarət, qətiyyət , siyasi bacarıq , sərkərdəlik ,hərbi bilik kimi keyfiyyətlərə sahib bir liderin varlığı gərəkliydi. Sovet ideologiyasının məngənəsindən və bölünməkdən qurtulan Azərbaycanın ümumilli lideri Heydər Əliyev bu keyfiyyətlərə sahib olsa da, mənfur düşmən və havadarları qarşısında bir bozqurd kimi tək idi və ömür vəfa etmədi. Bu səbəbdən Qarabağ düşmən işğalında qalması uzandı. Amma Heydər Əliyev ailəsində o ailəyə, Azərbaycan xalqına layiq bir lider İlham Əliyev yetişmişdi.O lider ki , Şanlı Azərbaycan Ordusuna komandanlıq etməklə dünyaya Azərbaycan xalqının humanizmini, cəsarətini və  hərbi gücünü sübut etdi. Sübut etdi ki, mövzu Vətəndirsə Azərbaycan xalqının qarşısında heç bir qüvvə dayana bilməz.
     İlham Əliyevin Ali baş  komandanlığında Azərbaycan igidləri sözün əsl mənasında şanlı tarix yazdı. İlham Əliyev öndərliyində Azərbaycan xalqı qalib oldu. İlham Əliyev rəhbərliyində dədələrimizin , babalarımızın qarışaraq vətən olduğu, şəhidlərimizin qanıyla suvarılmış torpaqlar – QARABAĞ erməni-hay əsarətindən xilas oldu.
    Mən təklif edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycan tarixində sadəcı bir istisna olacaq şəkildə ” MİLLİ XİLASKAR “ adı verilsin. Odur ki,Azərbaycan xalqını bu  təklifimə səs verməyə çağırıram. Azərbaycan Respublikasının Milli Məclisi də bu təklifimi qanuniləşdirsin.”
   Eyni zamanda Dilbər Sadıqova təklifi change.org saytında xalq səsverməsinə açıq edib. Xatırladaq ki, Dilbər Sadıqova Ali Baş Komandan İlham Əliyevə Azərbaycan gəncliyinin sevgisini və inamını 2013-cü ildə keçirilən prezident seçkiləri zamanı “Azərbaycan” qəzəti vasitəsilə öz timsalında bəyan etmişdi. Dilbər Sadıqova inanır ki,onun  təklifini xalqımız və Milli Məclisimiz dəstəkləyəcək.
Səsvermədə iştirak etmək istəyənlər aşağıdakı  linkə daxil olmaqla  öz mövqelərini ifadə edə bilər:
Kanal32.az