“Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsi keçirilir

 Yeni yazı müsabiqəsi keçirilir…

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi  Azərbaycan Ordusunun Zəfərinə həsr edilmiş “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsinə təşkil edir. Bu barədə Kanal32.az-a təşkilatın sədri Könül Quliyeva bildirib.
Sədr qeyd edib ki, müsabiqə V-IX sinif şagirdləri arasında keçiriləcəkdir. Yazılar 01 dekabr  2020-ci il tarixdən 15 dekabr 2020-ci il, saat 18:00-dək təqdim olunmalıdır. Şagirdlər müsabiqəyə təqdim olunan yazıları şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə ushaqlargelecek@gmail.com elektron ünvanına göndərməlidir. Yazının həcmi  minimum 1 səhifə, yaxud 1 səhifə yarım olmalıdır. Yazı kompyuterdə yığılmalı, Times New Roman şifrələri ilə 14 ölçüdə təqdim edilməlidir.  Müsabiqənin  yekunlarına əsasən I, II, III yerlər üçün pul mükafatı və digər həvəsləndirici mukafatlar nəzərdə tutulur. Qaliblərin yazıları gələcəkdə kitab şəkilində dərc edilməsi nəzərdə tutulmuşdur.  Müsabiqəyə təqdim edilən yazıları  5 nəfərdən ibarət ekspert komissiyası qiymətləndirəcək.
Onu da qeyd edək ki, yazılar ekspertlərə imzasız təqdim ediləcəkdir. Hər hansı bir sual yaranarsa (050) 969 38 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.