Azərbaycanda icra başçısı koronavirusdan ölüb?-FOTO

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev koronavirusdan (COVİD-19) vəfat edib.

Kanal32.az xəbər verir ki, bununla bağlı feysbuk sosial şəbəkəsində məlumat paylaşılıb.

Qeyd edək ki, Vahid Heydər oğlu Tağıyev 1961-ci ildə Göyçay rayonunun Alpoud kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu mühəndis mexanik ixtisası üzrə bitirib.  Həmin ildən Avtomobil Təmiri Zavodunda iş fəaliyyətinə başlayıb, çilingər vəzifəsindən zavodun Texniki Nəzarət şöbəsinin rəisi vəzifəsinədək yüksəlib. 1984-1987-ci illərdə Göyçay rayonu “Leninqrad” südçülük sovxozunda azad komsomol komitə katibi, 1987-2016-ci illərdə Azərbaycan Respublikası DTK, MTN və DTX-də hərbi qulluqda əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili və rəis vəzifələrində işləyib.

2006-cı ildə “Hərbi xidmətə görə medal”ı ilə təltif edilib. 2018-2019-cu illərdə “Yeni Həyat Şirkətlər Qrupu” MMC-nin Daxili Təhlükəsizlik Departamentinin direktoru, 2019-cu ilin fervalından sentyabrınadək “Azərenerji” ASC-nin Nəzarət idarəsində rəis müavini vəzifəsində çalışıb. 30.09.2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Allah rəhmət eləsin.