Erməni generaldan şok etiraf:”Rusiya bizə…”

Ermənistanın sabiq Baş Qərragah rəisi Movses Akopyan Qarabağ döyüşləri ilə bağlı açıqlamalar verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, müharibə sırasında rəsmi Yerevana Rusiyanın ən müasir silahlar verdiyini etiraf edib.

“Bütün silah daşınmaları gizli həyata keçirilir. Heç bir ölkə müharibə zamanı ərazisindən sizə silah daşınmasına icazə verməz. Müdafiə naziri bunun anlayaraq bütün silahları öncədən yerli anbalrara qoymalı idi. O isə bunu anlamırdı.

Bizə silah tədarükü rusiyalı dostlarımız tərəfindən həyata keçirilirdi. Sentyabrın 30-na qədər baş nazir Paşinyan Putinə zəng etməyə və hərbi yardım istəməyi də ağıl etməyib. Amma Rusiya öz müttəfiqlik funksiyasını yerinə yetirirdi. Biz müharibə dövründə xəlalarımıza gətirmədiyimiz silahaları da Rusiyadan aldıq. Bu bizə müharibənin son günləri düşmənin pilotsuz təyyarələrinə qarşı mübarizə aparmaqda çox kömək etdi” – deyə Akopyan növbəti şok etiraf edib.

Nazir türk “Bayraktar”larını 4 gün müddətində neytrallaşdıra bildiklərini əlavə edib.

“Ən müasir “Pole 21” sistemləri hesabına “Bayraktar”ların qarşısını müvəqqəti aldıq. Amma sonradan onlar pilotsuz aparatlarda dəyişiklik edərək yenə bizə qarşı uğurla istifadə etməyə başladı”.

Akopyan Rusiya istehsalı olan “İsgəndər” raketlərinin də Azərbaycana qarşı tətbiq olunduğunu əlavə edib.