Bu televiziya Şuşa, Kəlbəcər və Laçında yayım üçün müraciət etdi

“Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşa, Laçın və Kəlbəcərdə Radio106.3 FM proqramlarını yayımlamaq üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət ünvanlayıb.

Kanal32.az-ın məlumatına görə,müraciətdə Şuşa, Laçın və Kəlbəcərdə yeni radio ötürücülərin quraşdırılması üçün “Azad Azərbaycan” MTRŞ-na yayım tezliklərinin ayrılmasına icazə verilməsi xahiş edilib.

Kanal32.az