İcra başçısından döyüşən əsgərə qarşı vicdansız hərəkət-FOTOLAR

Ön cəbhədə könüllü olaraq döyüşən əsgər İlman Qurbanovun tikilməkdə olan evi sökülüb.

Savash.org xəbər verir ki, bu barədə əsgərin qardaşı İldırım Qurbanov sosial şəbəkədə paylaşım edib.

O hər kəsdən məsələyə biganə qalmamağı xahiş edib: “Sizə məlumat verdiyim kimi kiçik qardaşım Qurbanov İlman Daşdəmir oğlu Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq müzəffər Ordumuzun sıralarına qatıldı. Hal-hazırda da döyüş bölgəsindədir.

Döyüşə getməzdən öncə Binə qəsəbəsində, Suraxanı rayonun ərazisində yerləşən yaşayış massivində özunə ev tikirdi. Evi 8 daş qaldırmışdı. Orduya gedəndən sonra tikinti dayandı. Ötən gün Suraxanı Rayon İcra hakimiyyətinin işçiləri (Hövsan icra nümayəndəliyini əməkdaşları da ola bilər.

-Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov-

Ətrafdan görən şəxlərin sözlərinə görə süd rəngində olan 902 nömrəli “Prado” gəlib, texnika gətirib və dağıdıb) heç bir yazılı və ya şifahi xəbərdarlıq etmədən tikintini darmadağın ediblər! Xahiş edirəm ictimailəşdirin”.