Azərbaycanın Kəlbəcər, Zaqatala, Qax, Şəki, Balakən və s. rayonlarında azərbaycanlılar və digər azsaylı xalqlarla birgə yaşayan etnik xalqlar Qafqaz Albaniyasının tərkib hissəsi kimi tarixə həkk olunmuşlar. Bu etnik qruplardan biri qədim alban tayfasından olan ingiloidlərdir. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan ingiloy xalqı əsasən müsəlmanlardır və çox az bir hissəsi xristiandır. Xristian ingiloylar gürcü dilinin cənub dialektində danışırlar.
Bu gün qədim Qafqaz Albaniyasının bir qolu olan etnik azlıq təşkil edən ingiloyların milli adət – ənənələrinin qorunub saxlanılması sayəsində dövlətimiz bir sıra işlər görmüşdür. İngiloyların yaşadıqları rayonlarda əhalinin əsas hissəsini azərbaycanlılar təşkil etsə də, bu bölgələrdə onlara aid müxtəlif tədbirlər həyata keçirilir. Qəbələ rayonunda fəaliyyət göstərən folklor kollektivləri , kəndirbazlar qrupu, zurnaçılar dəstəsi, “ zopu – zopu” xalq kollektivi həmin bölgədə milli adət – ənənlərin təbliğində mühüm rol oynayırlar. Qax rayon Tarix – Diyarşünaslıq muzeyində milli adət – ənənələri əks etdirən sərgilər təşkil edilmiş, bölgədə yaşayan azsaylı xalqların mədəniyyətinin təbliğinə və yaddaşlarda qalmasına diqqət yetirilmişdir. Bu gün qədim azsaylı xalqlar ölkəmizdə tam əmin –amanlıq şəraitində yaşayıb yaradırlar. Digər etnik qruplarla yanaşı ingiloy xalq musiqisi də qorunub saxlanır. Bir ingiloy xalq mahnısının həm mətn, həm də not versiyasını nəzərinizə çatdırmaq istəyirəm.
İngiloy mahnısı:
“Aliabatı”
Lamaz – lamaz saxləbi,
Lamaz – lamaz kaləbi,
Saxəliyani, Aliabati,
Kortsiliani, Aliabati,
Nəqarət:
Mudam məşən saxəlzə davpitsav,
Çəm xoşiyani, Aliabati
Çəm oxşiyani,Aliabati
İndi isə not variantı:
Azərbaycan tarixən bir çox xalqların,etnik qrupların məskunlaşdığı məkan olub. Onlar əsrlər boyu özlərinin etnik xüsusiyyətlərini, dini inanclarını, adət – ənənələrini qoruyub saxlayıb və bu günümüzədək yaşadıblar.Ölkəmizin zəngin tarixə malik azsaylı xalqlarından biri də udinlərdir. Vaxtilə qədim Azərbaycan dövlətinin – Qafqaz Albaniyasının sakinləri olmuş udinlər hazırda kompakt şəkildə (təxminən 4500 nəfər) Qəbələ rayonun Nic kəndində yaşayırlar. Bundan əlavə, Oğuz rayonunda 100 nəfərədək udin qeydə alınıb.
Bu xalqla bağlı XIX əsrdən etibarən aparılan tədqiqatlar göstərir ki, udinlər Azərbaycanın Qafqazdilli aborigen etnoslarındandır. Tarixə nəzər saldıqda bəlli olur ki, udinlər eradan əvvəl IV əsrdən eramızın VII əsrinədək mövcud olan Qafqaz Albaniyası dövlətində mühüm rol oynayıblar. Onlar haqqında ilk yazılı məlumat eradan əvvəl V əsrdə yaşamış Yunan tarixçisi Herodotun əsərlərində yer alıb. Udinlərlə bağlı ən müfəssəl məlumat isə eramızın VII əsrində yaşamış Azərbaycan (alban) tarixçisi Musa Kalankatuklunun “Alban tarixi” əsərində verilir.
Udinlər bu illər ərzində özlərinin mədəniyyətini, adət – ənənələrini, dini inanclarını (IV əsrin əvvəllərində xristianlığı qəbul ediblər) , ən əsası isə, dillərini qoruyub saxlayıblar. Bununla yanaşı, onlar Azərbaycan ərazisindəki türkdilli qəbilələrlə də qaynayıb qarışaraq əsrlər boyu dinc şəraitdə yaşayıblar.Əlbəttə, xalqın kimliyini sübut edən amillərdən biri də onun əsrlər boyu yaratdığı maddi mədəniyyətidir. Milli geyim, mətbəx, müxtəlif mərasimlər, yaşayış tərzi və s. hər bir xalqı fərqləndirən xüsusiyyətlərdir. Udinlər bu günədək özlərinin ənənəvi milli geyimlərini, adət – ənənələrini,mərasimlərini qoruyub saxlayıblar. İndi bir udin mahnısının mətn və not versiyasını nəzərinizə çatdırıram.
Udin mahnılarından ibarət popurri:
Taesuna ceyrane boyaxun çinar,
Pumox oxşare marala, ay xüyar.
Uşkun dabanexun tapsun vastane,
Bexsun axşumsun upsun vastane.
Uşe gena bez fikire hun,hun, hun,
Baskatanal bez nepeboş hun, hun, hun,
Bezi yaşaşiyal mənə hun, hun, hun,
Bezi miklux, bezi kədər hun,hun,hun,
Zubokaz oçal hun baka bezi beq,
Zubokaz vardnaxod hun baka bezi vard.
Zubokaz xaş hunbaka muçuli,
Hun baka hava zu nəfəs əvnaz,
Hun zaxu zu vaxun eytağen sunaxu,
Tağen Nija aken boşamin taraken.
Erenluxone göçinen,
Var durxone baxçinen.
Gözəl xoal dəstinen,
Buruxmux xone görçinen.
Udin xalqı ailə – məişət məsələlərində , nişan və toy mərasimlərinin keçirilməsində qədim adətlərini bu gün də yaşadırlar: “Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, udinlər qədim Azərbaycan rəqslərini, o cümlədən hələ 10 min il bundan əvvəl Qobustanın qayaüstü rəsmlərində əks olunmuş “Yallı” rəqsini bu gün də toy və şənliklərində ifa edirlər.”
Udinlərdə toy adətləri, “Xüyər zombaksanı”, “Xozamandluğ”, “Baliğa” adlanan mərhələlərdən ibarətdir. Toylar “Taraxmoy” havasının çalınması ilə başlayır və bir qayda olaraq iki gün – bazar və bazar ertəsi davam edir. Musiqi səsi ilk olaraq oğlan həyətindən eşidilməlidir, əks halda bu yaxşı hal hesab olunmur. Toy hər iki tərəfdə eyni vaxtda başlanır, toyun başa çatmasına bir – iki saat qalmış oğlan evinin adamları gəlini gətirmək üçün qız evinə gedir.
Yaşlı sakinlərin verdiyi məlumata görə, udinlərin əsasən iki bayramı olub və onların əsasını da din təşkil edib. Bayramlardan biri “Gömart” adlanırdı. Adətə görə imkanı olanlar bu bayramda qoç kəsib, tanrının adına kasıb – kusuba paylayardı. 2 ci bayram yazın, baharın gəlişi zamanı keçirilərdi. “Joğulun axsibay”, yəni yaz bayramı adlanan mərasim mart ayının ortalarında qeyd olunardı. Bu bayram azərbaycanlıların Novruz bayramına bənzəyir. İndi isə, mən udin mahnısının not versiyasını nəzərinizə çatdırım.
Udinlər arasında mövcud olan xalq bayramlarından biri də “Mayin axsibay” , yəni qara bayramdır. Udin ənənəsinə görə bu bayram bazar günündən başqa hər adi gündə keçirilə bilər. Bu bayramda yeddi gün pəhriz tutula bilər. Digər bir bayram “Tərəmə” adlanır. Sentyabr ayının 24 də keçirilən bu ənənəvi bayram qədim udin xalqının əziz bayramlarından biridir. Çünki, bu bayramda onlar öz ölülərini yad etmək üçün məzarlığa gedirlər. Daha bir qədim bayram, “Xaçği” adlanır. Bu bayramda əvvəlcə kişilər , sonra qadınlar axar çaydan evlərinə su gətirirlər. Yanvar ayının 12 sində keçirilən bu bayramı onlar saflıq, təmizlik bayramı adlandırırlar.
Tarixi və etnoqrafik materiallardan məlum olur ki, udin toylarında demək olar ki, Azərbaycan rəqsləri, Azərbaycan mahnıları ifa olunur. Hətta, məşhur Azərbaycan rəqsi olan “Vağzalı” musiqisinin sədaları altında gəlin , bəy tərif olunur.
Qəbələ rayonunun Nic kəndində yaşayan qədim udinlilər “Cotari” adlanan alban kilsəsində təşkil olunan bayram mərasiminə dini ayinlər icra etmək üçün toplaşırlar. Dini ayinlərin oxunuşundan sonra, “Kala axsibay” adlı bayram şənliyi başlayır. Şənlikdə udin camaatı yeyib, içib şənlənir və bir – birinin arxasınca qədim udin xalq mahnılarını səsləndirirlər.
Qədim tarixə malik olan Nic kəndində xeyli alban abidələri aşkarlanıb. Burada Abdallı adlanan ərazidə torpaq qəbirlər vardır. Ağdəlləhli adlandırılan ərazidə 1228 ci il tarixli qəbir daşları aşkarlanmışdır. Bundan başqa, kənddə qədim alban kilsəsi, “Daş bulaq” adlandırılan çeşmə qorunub saxlanılır.
Qafqaz Albaniyası xalqlarının daha bir qolu – nümayəndəsi avarlardır. Bu barədə tarixçilərimiz belə yazır: “ XIX əsr rus mənbələrində bütün Dağıstan xalqlarının, eyni zamanda, avar və saxurların, “Car ləzgiləri” və ya ləzgi adlandırılması Rusiya İmperiyasının milli – müstəmləkə siyasəti ilə bağlı idi. XIX əsrdən etibarən Qafqazı işğal edən Rusiya imperiyası bu ərazidə “Parçala, hökm sür” milli – müstəmləkə siyasətini həyata keçirərək əsrlərlə mehriban qonşuluq münasibətləri ilə yaşayan qardaş xalqları arasına ədavət toxumu səpməyə çalışırdı. Azərbaycan türkləri ilə bərabər, avar, ingiloy, udi , saxur, rutul kimi müxtəlif azsaylı xalqların da yaşadığı Azərbaycanın Şəki – Zaqatala bölgəsində Rusiya İmperiyası daha məkrli dini – milli siyasət aparırdı. Çünki, Azərbaycanın şimal – qərbində yerləşən bu ərazi Rusiya üçün xüsusi hərbi strateji əhəmiyyət daşıyırdı. Bu müstəmləkə siyasətinə xidmət edən imperiya tarixçiləri də Azərbaycanın qədim türk yurdu olmasını hər vasitə ilə unutdurmağa çalışırdılar. Bu məqsədlə Azərbaycan türklərini rus tarixçıləri “tatar”, “muğal”, “radar”, “tərəkəmə” kimi müxtəlif adlara bölərək, onların bu ərazilərə “gəlmə” və azsayda olduğunu sübut etməyə çalışırdılar. Şəki – Zaqatala bölgəsində məskun olan avar, saxur, rutul kimi etnosların da adlarının tədricən yaddaşlardan silinməsi məqsədilə XIX əsr rus mənbələrində bu xalqlar “Car Balakən ləzgiləri” adı altında ümumiləşdirilirdi. Beləliklə də bu etnosların etnik mənşəyini unutdurmağa çalışırdılar.
Qloballaşan dövrdə, texnikanın sürətlə inkişaf etdiyi bir zamanda qədim Azərbaycan tariximizi unutmamaq, tarixin səhifələrini vərəqləmək hər bir azərbaycanlının borcudur. Tariximizi bilmədən, mədəniyyətimizi, adət – ənənələrimizi, musiqimizi də bilə bilmərik. Buna görə mən, qədim Qafqaz Albaniyasının azsaylı etnik xalqları haqqında , az da olsa, arayış vermək istərdim .
“Azərbaycan tarixşünaslığında avarların etnik tarixinin araşdırılması işində müxtəlif istiqamətli tədqiqatlar mövcuddur. Bu problemlə bağlı bir sıra tədqiqatlarla Qafqaz avarları ilə türk avarlarının bir – birindən tamamilə fərqli etnos olduğu mövcuddur. Bu konsepsiyaya görə, Qafqaz avarları qədim mənbələrdə Lbin, Silu adları ilə məlum olan və qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının Lpina vilayətində məskunlaşmış etnosların varisləridir. Dağıstan avarları ilə türk avarları fərqli etnoslardır. ( Qeybullayev,151-152-154; Sumbatzade 1990;82; Dünya Halkları Ansiklopedisi; 1998; 16;)
Avar xalq mahnısı olan “Bersinay” ı həm mətn, həm də not variantlarını göstəririk:
Avar mahnısı: “Bersinay”
Bersinay, yasay ika yeraki, bersinay,
Di dord dura karaki, bersinay.
Bersinay, ol haravxa dir dardud, bersinay
Tso darmon haburaki, bersinay
Tso darmon haburaki, bersinay. II
Bersinay, yo mun dey yeraki,bersinay,
Hab dunyol dika duyol, bosila.
Hab dunyol dika duyol,bosila.
Bersinay, yo mun dey yeraki,bersinay,
Hab dunyol dika, bosila.
Hab dunyol dika duyol, bosila.
III
Bersinay, yağgi ya yekkzi mul, bersinay,
Tso ortsa an yekzi mun, bersinay,
Tso ortsa an yekzi mun, bersinay
,Bersinay, xad yeksi şun heaki, bersinay,
Migik avgi yekzi mun, bersinay,
Migik avgi yekzi mun, bersinay.
Azərbaycanın tarixən müxtəlif dil ailələrinə məxsus olan xalqların məskəni olduğunun bir daha sübutunu görürük. Uzun əsrlər boyu azəri türkləri ilə bir yerdə yaşayan saxurlar, rutullar toy adətlərində, el şənliklərində, mərasimlərdə və s. özünəməxsusluqlarını qoruyub saxlaya bilmişlər. Qədim Qafqaz Albaniyasının daha iki etnik tayfası olan saxur və rutullar öz milli adət – ənənələri ilə yanaşı, Azərbaycan adət – ənənələrinə də yiyələnmiş və bu mədəniyyəti mənimsəmişlər. Daha bir xalq mahnısı, saxur mahnısının mətnini nəzərinizə çatdırım:
Saxur mahnısı: “Salam Malik”
Akkaska balkan abı, salam Malik, salam Malik,
Qırğınbı çilka sabı, toli Malik, toli co.
Deşeyir dideşeyir, salam Malik, salam Malik ,
İştağ valka vu abı, toli Malik, toli co.
Nəqarət:
Salam Malik, salam Malik,
Ay – li – lay – li, lay – li – lay,
Toli Malik, toli co.
II
Akkaska şıt abayle, salam Malik, salam Malik,
Çocun kağır acaka, toli Malik, toli co.
İçin cavab acaka, salam Malik, salam Malik,
Elçivalıs abayke, toli Malik, toli co.
İndi isə not variantını göstərək:
Biz, daha bir mahnı, rutul mahnısının mətnini nəzərinizə çatdırırıq.
Rutul mahnısı:“Bıçədi riş”
I
Dağıstanad bıc kaldı, ay biçədi riş,
Yeylaxanad xəd kaldı, ay biçədi riş,
Nəqarət:
Suvumudu ceyran kaldı,
Dərdimid dərman kaldı
Masarud almaz kaldı,
Ay xaşdi ləzgiyədi riş.
II
Ğudu cubra irhuz yi, ay bıçədi riş,
Ğudu dərdə irhur yi, ay bıçədi riş.
Not variantı:
Azərbaycan Respublikası polietnik dövlətdir. Qədim tarixi olan odlar diyarımızda azərbaycanlılarla birgə yaşayan xalqlar – ruslar, tatarlar, gürcülər, avarlar, saxurlar, rutullar, ingiloylar, talışlar, ləzgilər, udinlər və başqaları milli – mədəni və folklor ənənələrinin qorunub saxlanılması və inkişafı üçün əlverişli şəraitdə məskunlaşmışlar. Yuxarıda verdiyimiz mətn və not yazılarında azsaylı xalqların və etnik qrupların mənəvi irsini əks etdirən rəngarəng musiqi nümunələri öz əksini tapır.
Azərbaycan xalq mahnıları qədim dövrlərdən yaranaraq, təkmilləşərək, yaddaş vasitəsilə nəsildən – nəsilə ötürülərək bu günkü günümüzə qədər bizlərə gəlib çatmışdır. Biz sənət adamlarının borcu isə bu milli sərvətlərimizi gələcək nəsillərə ötürmək və onu unutdurmamaqdır.
Sehranə Kasimi
AMEA Memarlıq və İncəsənət İnstitutu
”Qafqaz Albaniyasının incəsənəti və memarlığı” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent