Türkiyə hökumətindən açıqlama: Azərbaycan tarixi qələbə qazandı

Azərbaycanın özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı.

Kanal32.az xəbər verir ki, bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, 10 noyabr tarixi Azərbaycan tarixinə qələbə günü kimi düşəcək:

“Azərbaycan xalqını möhtəşəm qələbə münasibətilə təbrik edirik”.

Türkiyə hökumətindən bildiriblər ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və Türkiyə hər zaman qardaş Azərbaycan xalqına dəstək olacaq.