“Daşaltı işğaldan azad edilib, döyüşlər Şuşa…”

Azərbaycan Ordusu Daşaltını işğaldan azad edib, döyüşlər Şuşa şəhərinin yaxınlığında gedir”. 

Kanal32.az xəbər verir ki, bu barədə Siyasi araşdırmalar institutunun direktoru, politoloq Sergey Makrov bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda radikal dəyişiklik çox yaxındadır. “Azərbaycan Ordusu Daşaltı kəndini azd etməklə Şuşa şəhərinə yaxınlaşıb. Şuşa bölgənin əsas, nisbətən böyük olan qədim şəhərdir. Şəhər Xankəndi və Ermənistan arasındakı Laçından keçən əsas yolun üzərindədir. Şuşanın azad edilməsi Xankəndinin mühasirəsinə gətirib çıxaracaq.

Azərbaycan Prezidenti Əliyev demişdi ki, əslində Ermənistanın rəhbəri Paşinyan Putinə yazdığı məktubda hərbi məğlubiyyətini etiraf edib. Görünür, bu səbəbdən Putinin Paşinyanla və Əliyevlə telefon danışığı olub. Amma danışıqların nəticələri hələ məlum deyil. Lakin aydındır ki,  danışıqlar mümkün atəşkəs şərtləri ilə bağlı olub. Azərbaycan nə qədər çox qələbə qazansa, danışıqlarda mövqeyi bir o qədər sərt olacaq”, – deyə Makrov bildirib.

Politoloq əlavə edib ki, Paşinyan İlham Əliyevin şərtlərini qəbul etməli idi. “İndi Paşinyan güzəştləri ilə hərbi məğlubiyyətləri ayaqlaşmır. Şuşa uğrunda döyüş başlayır. Görünür, bundan sonra müharibə Azərbaycanın qəti qələbəsi ilə başa çatacaq. Müharibənin başlanmasında və Ermənistanın məğlubiyyətində isə əsas günahkar Nikol Paşinyandır”, – deyə Makrov vurğulayıb.