“Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir”

Qarabağ separatçılarının lideri Araik Arutyunyan Azərbaycan Ordusunun Şuşaya hücum etdiyini bildirib.

Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, A. Arutyunyan deyib: “Onlar təkcə cəbhə boyu hədələmirlər, həm də Şuşa istiqamətində ciddi hərbi səylər göstərir, nəyin bahasına olursa – olsun bu şəhərə yiyələnmək istəyirlər”.

Qarabağ separatçılarının lideri bütün erməniləri birləşməyə və Şuşanı müdafiə etməyə çağırıb.

“Azərbaycan Ordusu buradan cəmi bir neçə kilometr məsafədədir. Maksimum beş”, – deyə Araik Arutyunyan Şuşadan etdiyi müraciətində bildirib.