Kəlbəcərlilər döyüşmək üçün Ali baş komandana müraciət etdi

“KƏLBƏCƏRƏ” QAYIDIŞ” İctimai Birliyi ölkə başçısı,Ali baş komandan İlham Əliyevə müraciət ünvanlayıb.

Kanal32.az həmin müraciətin mətnini təqdim edir:

Cənab Ali Baş Komandan!

Şanlı Ordumuzun Qarabağda olan zəfərləri bizləri ruhlandırır və Sizə öz təşəkkürlərimizi bildiririk. Biz kəlbəcərlilərin-birliyimizin üzv olan keçmiş döyüşçülərin də müqəddəs Vətən müharibəsində bilavasitə iştirak etməsinə müvafiq qaydada göstəriş verməyinizi Sizdən xahiş edirik.

Hesab edirik ki,bizim təcrübəmiz və Kəlbəcərin coğrafi mövqeyi, relyefi haqqında bilgilərimiz hazırkı dönəmdə mühüm əhəmiyyət kəsb edir.

Tanrı ay-ulduzlu şanlı ordumuzu , dövlətimizi,xalqımızı qorusun.
Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

“Kəlbəcərə Qayıdış” İctimai Birliyinin üzvləri