Bu QHT Ali baş komandana təşəkkür etdi

Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərdə rəşadətli Azərbaycan Ordusunun igid əsgərlərinin yanında olmaq, silaha sarılıb mənfur düşmənlə savaşmaq və şəhidlərimizin qisasını almaq bu gün kiçikdən böyüyə qədər hər birimizin ən böyük istəyidir. Bu istəyi «Ahıllara və Tənhalara Dəstək» İctimai Birliyi ilə bölüşən ağsaqqallarımız və ağbirçəklərimiz adından Ali Baş Komandan cənab İlham Əliyevə övladları haqq və ədalət uğrunda şəhid olmuş ahıl vətəndaşlarımıza göstərdiyi yüksək diqqət və qayğıya görə ürəkdən minnətdarıq.​

Bu gün ölkə​ Prezidenti​ Milli Qəhrəman, Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb və​ ona​ başsağlığı verib.​ Şəhidimizin 88 yaşlı atası bildirib ki, şəhid verməsək torpaqlarımızı işğaldan azad edə bilmərik. «Mən də Sizin əmrinizlə silaha sarılıb torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazıram» deyən şəhid atası qarşısında hamılıqla​ baş əyir,​ «Allah bütün şəhidlərimizə rəhmət eləsin» deyirik.

Vətənə igid övlad bəxş edən ata və analarımız var olsunlar! Qarabağ Azərbaycandır!

Kanal32.az