“Kəlbəcərdə ağır döyüşlər gedir”

Ermənistanın Müdafiə Nazirliyi oktyabrın 12-də gün ərzində Kəlbəcər şəhərində ağır döyüşlərin getdiyini elan edib. 

Kanal32.az Musavat.com-a istinadən xəbər verir ki, nazirlik rəsmisi Arçrun Ovannisyan günün yekunlarına dair brifinqdə bu barədə məlumat verib.

Ovanisyanın sözlərindən aydın olur ki, oktyabrın 12-də Azərbaycan Ordusunun bölmələri Kəlbəcər şəhərində erməni işğalçıları ilə döyüşür.