Mingəçevirdə ermənilərin PUA-sı vuruldu

Ermənistana məxsus növbəti PUA məhv edilib.

Müdafiə Nazirliyindən Kanal32.az-a daxil olan xəbərə görə, oktyabrın 11-i səhər saat 08.00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.