Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Azərbaycan haqq yolunda mübarizə aparır və apardığı mübarizədə qalib gələcək, tarixi ədaləti bərpa edəcək!

Bu gün məhz Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı döyüşlərdə bərkiyə-bərkiyə, azadlığa yetmək üçün haqq yolundan, Vətən yolunda canından keçərək yaralanan yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirdi ki, biz haqq yolunda, öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.

Çünki Qarabağ bizim əzəli torpağımızdır. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Və bu günlərdə dövlət başçımızın Azərbaycan xalqına müraciətində də bir daha Ermənistanın baş nazirinin yalan və sərsəm inforomasiyalar olduğunu deyib: “Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda – Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə». Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi”.

Bu gün Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr bir daha sübut edir ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əks hücumu nəticəsində uzun illər işğal altında olan torpaqlarımızın azad olması xəbəri hər birimizdə böyük ruh yüksəkliyi yaradır. Çünki bu gün Azərbaycan Ordusu öz torpağı uğurunda, ərazi bütövlüyü uğrunda vuruşur. Artıq Vətən Müharibəsini 13-cü günüdür, hər gün QƏLƏBƏLƏR müjdəsi gəlir, azad olunan ərazilərimizdə Azərbaycanımızın üç rəngli bayrağı dalğalanır. Hər gün, hər saat ardıcıl olaraq qələbə sorağını eşitmək və bu sevinci xalqımıza bəxş edən ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Cənabları ilə, Güclü Azərbaycan Ordusu və rəşadətli, qəhrəman əsgərlərimizlə Azərbaycan xalqı qürur və fəxr edir. Və bu gün növbəti qələbə sorağı 1993-cü ildən təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Cəbrayılımız və 9 kəndimiz işğaldan azad olunduğu xəbəri qədər böyük sevinc ola bilərmi?

Qələbə münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də xalqa müraciət edərək bildirib ki, bu gün cəbrayıllılar, bütün Azərbaycan xalqı sevinc içindədirlər: “Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi”.Ulu Tanrımız bizə bu sevincli göz yaşlarını çox nəsib etsin.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Madagizin erməni işğalından azad olunduğunu elan etdiyi anı hər birimiz gördük. Gördük ki, Prezidentimiz necə böyük sevinc və qürurla bildirdi ki, Qarabağ Azərbaycandır: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”.

Bəli, gözümüz aydın xalqımız, adın mübarək – SUQOVUŞAN! Bu gün mənliyimiz, kimliyimiz, qeyrətimiz, birliyimiz, qürur mənbəyimiz olan üç rəngli bayrağımız işğal olunan torpaqlarımızda dalğalanması qədər böyük sevinc ola bilər? Bu, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev siyasətinin, Güclü Azərbaycan Ordusunun və rəşadətli əsgərlərimizin qələbəsidir! Xalqımızın birliyinin qələbəsidir!.

Bəli, bu gün hər birimiz o tarixi anları yaşayırıq. Hər an şad xəbər gözləyirik. Əminliklə düşmənin müzəffər Azərbaycan Ordusundan aldığı cavabı uzun müddət unutmayacağını və çox tezliklə Azərbaycan bayrağının Qarabağımızın hər bir güşəsində dalğalanacağını görəcəyik! Qələbə bizimlədir! Ulu Tanrı Prezidentimizin, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin dayağı olsun! Növbəti QƏLƏBƏ SORAĞI İLƏ!

ZƏRİFƏ Quliyeva,

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Sia.az