Mingəçevirdəki utancverici vəziyyət aradan qaldırılıdı-FOTOLAR

“Kanal32″nin sentyabrın 21-də gündəmə gətirdiyi Mingəçevir xəstəxanasındakı utancverci vəziyyət aradan qaldırılıb.

Xəbər verdiyimiz kimi Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının foyesindəki stenddəki Ulu öndər Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin fəaliyyətini əks etdirən fotolar tamamilə solaraq görünməz hala düşmüş, xəstəxana rəhbərliyi isə fotoları yeniləmək əvəzinə uzun müddət buna göz yummuşdur.

Kanal32.az-ın Mingəçevir xəstəxanasında olan əməkdaşı həmin görüntüləri lentə alaraq redaksiyaya təqdim etdmişdir.Həmin utancverici mənzərə operativ şəkildə saytımızda işıqlandırılaraq ictimailəşdirimişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının direktoru Könül Ələkbərovun bu sahədki biganə və yarıtmaz fəaliyyəti kəskin şəkildə tənqid olunmuşdur. Eyni zamanda bu hal ictimaiyyət tərəfindən sərt şəkildə qınanmışdır.

Qeyd edək ki,xəstəxanadakı biabırçı vəziyyət sentyabrın 22-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında keçirilən Şuranın iclasının gündəliyinə  salınaraq “Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği sahəsində aparılan işlərin vəziyyəti barədə” məruzələr dinlənilib və müzakirələr aparılıb.

İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdir müavini Sahib Əliyevin Kanal32.az-a verdiyi məlumata görə, mövcud problemə dərhal müdaxilə edilib və verilən tapşırıqlara əsasən Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasındakı vəziyyət aradan qaldırılıb. Stendə Ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin Mingəçevirə tarixi səfərlərini əks etdirən yeni fotoları vurulub.

İcra hakimiyyətinin rəsmisi onu da bildirib ki, bundan sonra da idarə və müəssisələrdə ideoloji işin aparılması və təşkili işlərinə xüsusi nəzarət olunacaq.

Sentyabrın 21-də lentə alınmış fotolar

Əvvəlki yazını aşağıdakı linkdən oxuya bilərsiniz:

Mingəçevirdə Ulu öndərə və preizdent İlham Əliyevə hörmətsizlik-VİDEO

 

Kanal32.az