İcra başçısı şura iclası keçirdi və…-FOTO

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilib.

Kanal32.az-a verilən məlumata görə,iclasda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Şuranın iclasını açıq elan edərək gündəlikdə 4 məsələ durduğunu bildirib və bu məsələlər ətrafında çıxışçılara söz verib.

Gündəlikdə duran 1-ci məsələ “Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği sahəsində aparılan işlərin vəziyyəti barədə”, 2-ci məsələ “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərin kommunal təsərrüfatı idarələri ilə əlaqəli işinin təşkili, vətəndaşların qəbulu və müraciətlərə baxılması vəziyyəti haqqında”, 3-cü məsələ “Şəhər mühafizə şöbəsinin şəhər ərazisində mühüm əhəmiyyətli obyektlərin mühafizəsinin təşkilinin vəziyyəti haqqında”, 4-cü məsələ isə “Memarlıq və tikinti şöbəsinin 2020-ci ildə həyata keçirəcəyi tədbirlər haqqında” olub.

Məsələ ətrafında çıxışlardan sonra şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə və tapşırıqlarını verib.

Kanal32.az