MDU Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əlaqələr qurur-FOTO

Mingəçevir Dövlət Universiteti Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq edəcək.

17 sentyabr 2020-ci il  tarixdə Mingəçevir Dövlət Universitetində (MDU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” (EPIC) proqramının əməkdaşları Günel Mustafayeva və Jalə Ələkbərova ilə görüş keçirilib.

Ali təhsil ocağından Kanal32.az-a verilən məlumata görə,MDU-nun rektoru Şahin Bayramov qonaqlara universitetin inkişaf hədəfləri, əsas prioritetləri və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. Rektor MDU-nun mövcud ehtiyaclarını diqqətə çatdırıb və həmin istiqamətlərdə GIZ ilə potensial əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə MDU-nun əsas benefisiar qismində çıxış edə biləcəyi potensial layihə haqqında geniş fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə sözügedən layihə təkliflərinin konkretləşdirilməsi və texniki məsələlərin dəqiqləşdirilməsi barədə ilkin razılıq əldə olunub.

Kanal32.az