Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev adı müxtəlif qalmaqallarda hallanan müavinini işdən azad edib.
KANAL32.az Unikal.org-a istinadən xəbər verir ki, Əhəd Abıyevin əmri ilə, Daşkəsən Rayon İcra Hakimiyyəti müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev tutduğu vəzifədən azad olunub.
Onun yerinə hələlik təyinat yoxdur.