Bu QHT-nin Mingəçevirdəki yardımları davam edir-FOTOLAR

“Ailələrə Sosial Dayaq “ İctimai Birliyi tərəfindən pandemiya zamanı ziyan çəkmiş əhalinin aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqların olduğu 36 ailəyə yardımlar paylanılır.

Kanal32.az xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti yanınında QHT-lərə Dövlət Dəstəyi Şurasının   maliyyə yardımı ilə “Ailələrə Sosial Dayaq “ictimai birliyinin həyata keçirdiyi “Pandemiya zamanı ziyan çəkmiş əhalinin aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqların (SİMU)ailələrinə ərzaq yardımı , tibbi ləvazimatlarla köməklik edilməsi ” adlı layihə davam edir.

Qeyd edək ki,layihə çərçivəsində 36 ailəyə 50 azn dəyərində kuponlar və 30 ailəyə tibbi ləvazimatlarla yardım göstərilməsi nəzərdə tutulub.

11 sentyabr 2020-ci il tarixdə daha 6 ailəyə  tibbi ləvazimat qutuları göndərilib. Paylanış prossesində layihə rəhbəri Əmiraslanova Leyla və könüllülər iştirak ediblər.

Kanal32.az