Baş prokuror bu məşhurun oğlunu işdən çıxardı

Prokurorluq orqanlarında növbəti kadr dəyişikliyi baş verib.

Kanal32.az Unikal.org-aistinadən xəbər verir ki, Xətai rayon prokurorunun müavini olan Nazim Nizami oğlu Xudiyev Baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.

Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib.

Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir.