“Ailələrə Sosial Dayaq “ İctimai Birliyi pandemiya zamanı ziyan çəkmiş əhalinin aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqların olduğu 36 ailəyə yardımı edib.
Kanal32.az xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti yanınında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ailələrə Sosial Dayaq “ictimai birliyinin həyata keçirdiyi “Pandemiya zamanı ziyan çəkmiş əhalinin aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqların (SİMU)ailələrinə ərzaq yardımı , tibbi ləvazimatlarla köməklik edilməsi ” adlı layihəsinə start verilib.
Layihə icra olunduğu müddətdə 36 ailəyə 50 azn dəyərində kuponlar və 30 ailəyə tibbi ləvazimatlarla yardım göstərilməsi nəzərdə tutulub. 09 sentyabr 2020-ci il tarixində Mingəçevir şəhər 7 saylı ərazi poçtu (Aydın Məmmədov, 61, Mingəçevir, AZ4507) vasitəsilə 6 ailəyə tibbi ləvazimat qutuları göndərilib. Paylanış prossesində layihə rəhbəri Əmiraslanova Leyla və könüllülər iştirak etdilər.
Kanal32.az