Ramiz Mehdiyev türkçü direktor müavinini işdən çıxardı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk işdən çıxıb. 

Kanal32.az “ölkə.az”a istinadən  xəbər verir ki, AMEA-dan əldə edilən məlumata görə, onun hansı səbəblərdən ərazisini yazdığı hələlik bəlli deyil. Məlumat verən mənbə onu da bildirib ki, bir neçə aydır  ki,onunla akademiyanın rəhbərliyi arasında soyuqluq yaranıb.

Xatırladaq ki, Elnur Eltürkün fəaliyyəti nəticəsində Azərbaycan vikipediya sahəsində ciddi irəliləyişlər əldə edib. Onun formalaşdırdığı komanda uğurlara imza atıb. Belə bir uğurlu kadrın işdən ayrılması paradoksdur və günümüzlə səsləşmir. AMEA-nın bunu necə əsaslandıracağı maraq doğurur. Qeyd edək ki, Elnur Eltürk 2016-ci ilin may ayından Mərkəzi Elmi Kitabxanada çalışmağa başlayıb. Onun ölkədə “Vikipediya” sisteminin qurulmasında xüsusi xidmətləri olub. Ölkədə “Vikipediya” hərəkatı onun fəaliyyəti dövründə inkişaf etməyə başlayıb. Çoxsaylı və uğurlu təlimlər keçirilib. “Vikipediya”nın reytinq cədvəlində Azərbaycan irəliləyib. Həmçinin onun Azərbaycanın diaspor hərəkatında da ciddi fəaliyyəti var. On ildən coxdur ki, bu istiqamətdə fəaliyyət göstərir.

“Kanal32”nin əldə etdiyi məlumatlar isə daha ilginc və diqqətçəkəndir. Elmlər Akademiyasındakı mənbəmizin məlumatına görə, Elnur Eltürkün işdən çıxması onun türkçülük fəaliyyəti ilə bağlıdır.Belə ki, “rus və Rusiya sevgili”  akademiyanın prezidenti Ramiz Mehdiyev Elnur Eltürkü qəbul edərək deyib ki, türkçülük istiqamətindəki fəaliyyətini minimuma endirsin.Əks halda bu Azərbaycan-Rusiya münasibətlərinə ziyan verəcək. Elnur Eltürk isə bu “rus kafalı” adamın tələb və istəklərini yerinə yetirməkdən imtina edib. Nəticədə “sədaqətli mehdiyevçi” olan AMEA-nın İşlər idarəsinin müdiri, sabiq deputat Elton Məmmədova göstəriş verən qəzəbli “boz kardinal” Elnur Eltürkün vəzifəsindən uzaqlaşdırılmasına nail olub.

Kanal32.az