POLAD GENERALIM
Ey igidim! Ər oglu ər! Ölümünlə tarix yazdın!
Milyonların ürəyindən bir əbədi şəkil asdın!
Sən yaşadın kişi kimi, kişi kimi ömür sürdün!
Şəhadətə kişi kimi qanadlandın.
Vətən üçün, millət üçün candan yandın!
Vücudunda, ürəyində bir yenilməz əsgər andın!
Qorudun öz torpagını kişi kimi, mərd-mərdanə.
Min yaşasın sənin kimi qəhrəmanı dogan ana!
Ey şəhidim, açıq alnım! Qürur yerim! Adım-sanım!
Hansı adla səni anım? Mənim Polad generalım!
= = = = = =
Əsgərinə öz cibindən cib xərcliyi verirdin,
Sən onlara balam deyib, balan kimi sevirdin!
Şanlı Aprel döyüşündə şəhid oldu dostun Raquf!
Aldın onun qisasını düşmənindən demədən uf!
Tanıyanlar mərdliyinə heyran qaldı,
Mükafatın bir fəxri ad, 3 otaqlı mənzil oldu.
Sənsə onu bagışladın bir şəhidin övladına.
Önəm verdin qəlbindəki xeyirxahlıq qanadına
Səngərlərdə əsgəriylə birgə yatıb bir cərgədə yemək yeyən,
Sadə qəlbli komutanım! İgid Alpım! De, şəhidim,
Hansı adla səni anım? Mənim Polad generalım!
= = = = = =
Anan deyir: Poladımı heç görmədim generallıq libasında,
əsgər idi öz kəndində, öz elində, obasında.
Sən bu qədər səmimi və sadə idin!
Generaldın! Bir ər idin! ! Zabit idin! Əsgər idin!
Bu vətənin əsgəritək şəhid oldun!
Sən ad üçün yaşamırdın! Sən ad üçün döyüşmürdün!
Vətən üçün döyüşürdün! Torpaq üçün döyüşürdün!
Sən ölmədin! Şəhid oldun! Məzar yerin uca göylər!
Orda sənə qucaq açır Nur sifətli Peygəmbər!
Ey şəhidm! Qürur yerim! Açıq alnım! İdealım!
Hansı adla səni anım? Mənim Polad generalım!
= = = = = =
Neçə əsr, qərinələr ötüşsə də, zəmanənin saçlarıına dən düşsə də,
Şəhid adın, polad adın ucalarda bil, qalacaq !
Nə qədər ki, Azərbaycan var olacaq, sənin adın yaşayacaq!
Ana yurdun qarşısında üzün agdır, başınsa dik!
Vətənimin igid oglu, ey qəhrəman Türk oglu türk!
Şəhadətin mübarəkdi! Rəşadətin mübarəkdi!
Qürur yerim! Açıq alnım! Adım-sanım! De, şəhidim,
Hansı adla səni anım? Mənim Polad generalım!
SÜDABƏ SƏRVİ
22.08.2020