Bu QHT 36 ailəyə ərzaq kuponları göndərdi-FOTOLAR

36 ailənin hər birinə 50 manat dəyərində ərzaq kuponları göndərilib.30 ailəyə isə tibbi ləvazimatlarla yardım göstəriləcək.

Kanal32.az xəbər verir ki,Mingəçevir şəhərində fəaliyyət göstərən “Ailələrə Sosial Dayaq “ İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanınında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Pandemiya zamanı ziyan çəkmiş əhalinin aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqların (SİMU)ailələrinə ərzaq yardımı , tibbi ləvazimatlarla köməklik edilməsi ” adlı layihəsinə start verib.

Layihənin icra müddətində 36 ailənin hər birinə 50 manat dəyərində ərzaq kuponları veriləcək, o cümlədən 30 ailəyə tibbi ləvazimatlarla yardım göstəriləcək.

Artıq 03 sentyabr 2020- ci il tarixdə Mingəçevir Mərkəzi poçtundan (Səməd Vurğun, 20, M) 36 ailəyə poçt vasitəsilə ərzaq  kuponları göndərilib. Prossesdə layihə rəhbəri Leyla Əmiraslanova Leyla, QHT şurasından monitorinq üçün iştirakçı və könüllülər iştirak ediblər.

Kanal32.az