“20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi hüquqi xidmətlərin göstərilməsi ilə bağlı layihəsinin icrasına başlamışdır

“20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hüquqi xidmətlərin göstərilməsi ilə bağlı layihəsinin icrasına başlamışdır.
Ölkədə aparılan məhkəmə hüquq islahatları əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətli formada göstərilməsini zəruri hala çevirmişdir. Vətən müharibəsi iştirakçıları və şəhid ailələri cəmiyyətimizdə həssas qrupunun üzvləri hesab edilir. Ölkədə hüquqi yardımların və vəkillik xidmətlərinin göstərilməsinin qiymətinin həssas qrupun üzvlərinin gəlirləri baxımından kifayət qədər yüksək olmasının nəzərə alaraq bu sahədə layihənin icra edilməsi vacibdir.
Yuxarıda göstərilən problemləri nəzərə alaraq, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bakı şəhərində vətən müharibəsi iştirakçıları, şəhid ailələrinə və onların yaxın ailə üzvlərinə hüquqi xidmətlərin göstərilməsi üzrə layihəsinin icrasına başlamışdır. Layihə üç aylıq müddət təşkil etməklə, 01.02.2022 – 01.05.2022-ci illəri əhatə etməklə Bakı şəhərində icra olunacaqdır.
Layihənin əsas məqsədi vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə hüquqi yardımların və vəkillik xidmətlərin göstərilməsidir.
Layihə çərçivəsində vətən müharibəsi iştirakçıları, şəhid ailələrinə və onların yaxın ailə üzvlərinə ödənişsiz hüquqi yardım göstəriləcəkdir. Layihə üzrə göstərilən xidmətlərdən yararlanmaq istəyən şəxslər facebook, instagram və whatsApp sosial şəbəkələri üzərindən layihənin operatoru (köməkçisi) ilə əlaqə yarada bilər. Layihənin operatoru müraciətləri layihə üzrə cəlb olunmuş hüquqşünas və vəkilə yönləndirəcəkdir.
Dövlət və vətən uğrunda canından və qanından keçən vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə ödənişsiz hüquqi yardım etməkdən qürur duyuruq.