“20 Yanvar” İctimai Birliyi bu məktəbdə tədbir keçirib-FOTOLAR

Tədbirdə “20 Yanvar” İB-nin kollektivi, polkovnik Hikmət Ağayev, polkovnik Xətayi Baxışov, hərbi mahnıların ifaçısı və müəllifi Şəmistan Əlizamanlı, şəhidin valideynləri, əsgər yoldaşları, şagirdlər, gənclər, yerli əhali iştirak edib. Tədbirdə çıxış edənlər şəhidlə bağlı xatirələrini bölüşüblər, onun necə vətənpərvər bir gənc olduğunu xüsusilə vurğulayıblar.
Tədbir zamanı layihə çərçivəsində hazırlanıb çap olunmuş buklet və kitabçalar paylanılıb. Daha sonra şəhidin məzarı ziyarət olunub.