2-ci sinif şagirdi Zeynəb Talıblı müsabiqədə laureat oldu-FOTO

AMK nəzdində İncəsənət Gimnaziyasının Musiqi şöbəsinin 2-ci sinif şagirdi Zeynəb Talıblı müsabiqədə laureat olub.

Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının Musiqi şöbəsinin 2-ci sinif şagirdi Zeynəb Talıblı “Ümid 2025” Beynəlxalq İncəsənət müsabiqəsində iştirak edərək 2-ci yerə layiq görülüb.

Müsabiqədə Talıblı Zeynəb Həsən Rzayevin “Əsgərçiklərin marşı” əsərini ifadə edib.

Biz də “Kanal32” Media Şəbəkəsi olaraq Zeynəbi və müəllimi Aidə Sadıxovanı təbrik edir, onlara uğurlar arzulayırıq.

Kanal32.az