19 yaşlı Şəhidin xatirəsi belə əbədiləşdirildi-FOTOLAR

Mingəçevir şəhərində Şəhidin adına ucaldılan xatirə komplkesinin açılışı olub.

Kanal32.az xəbər verir ki,Mingəçevirdə Qarabağda keçirilən anti-terror əməliyyatları zamanı şəhidlık zırvisıni ucalan əslən Kəlbəcər rayonundan olan 19 yaşlı Cahangir Tağızadənin xatirəsinin əbədiləşdirildiyi abidə-bulaq kompleksinın və ev müzeyinin açılşı olub.

Açılış mərasimində Mingəçevir və Kəlbəcər İcra Hakimiyyətlərinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər və Kəlbəcər rayon şöbələri, şəhidin doğmaları, şəhid ailələri, qazilər iştirak edib. Əvvəlcə şəhidin uyuduğu Mingəçevir Şəhidlər Xiyabanında şəhidin ruhuna dualar oxunub,qəbri ziyarət edilib.

Sonra Kəlbəcər rayon sakini Tağızadə Cahangir Qurban oğlunun böyüdüyü “Energetiklər” qəsəbəsinin “Vaqonlar” yaşayış massivinin  girişində inşa edilən bulaq kompleksinin açılışı olub. Daha sonra Cahangir Tağızadənin doğulduğu evdə onun xatirəsinə yaradılan müzeyin açılışı edilib.

Tədbirdə çıxış edənlər,şəhidin mərd ,vətənpər gənc olduğunu bildiblər. Onun uşaq yaşlarından doğma Kəlbəcəri azad görmək və orada yaşamaq arzusundan bəhs ediblər.

Şəhdimizin bir vaxtlar təhsil aldığı Ağdam rayon 147 №-li tam orta məktəbin müəllim və şagirdləri də qəhrəman Vətən oğlunun xatirəsinə öz hörmət və ehtiramlarını ifadə ediblər.

 

 

Esmira Hidayətova,

Mingəçevir