19 məzunun hamısı yüksək balla ali məktəbə qəbul oldu-FOTOLAR

Mingəçevir təhsilinin uğurları ilbəil artır. Məktəbi bitirən məzunların yüksək bal toplaması bunun bariz nümunəsidir.

Azərbaycanın Milli Qəhrəmanı R.Mirabov adına Mingəçevir 7 saylı tam orta məktəbin uğurlarına gəlincə məktəbin Texniki- təbiət təmayül sinifini bitirən 19 şagirdin hamısı tələbə adını qazanmış və 100% müvəffəq nəticə göstərmişdir. Onların sevincini birlikdə bölüşdük. Hər bir müəllimin, təhsil işçisinin üzərinə düşən vəzifəyə gəlincə, həmsöhbətimiz məktəbin direktoru Anar İsmayılov uğrlar barədə söhbət açarkən bildirdi ki,biz müəllimlər gələcəyimizə layiqli övladlar yetişdiririk. Gələcək nəsilləri elə yetişdirməliyik ki, sabahımızı onlara həvalə edəndə narahat olmayaq. Eyni zamanda cəmiyyətimizə təhsillə yanaşı, layiqli vətəndaş yetişdirməliyik. Buna görə də hər bir müəllimin, valideynin üzərinə böyük məsuliyyət düşür. Mənə elə gəlir ki, biz bu məsuliyyətdən boyun qaçırmamalıyıq”,-dedi.

Uğurlardan söz düşmüşkən Anar İsmayılov onu da bildirdi ki, 2023-2024 _cü tədris ilində Mingəçevir R.Mirabov adına 7 saylı tam orta məktəbi bitirən 53 nəfər məzundan 33 nəfəri Respublikamızın müxtəlif ali məktəblərinə qəbul olmuşdur.Bundan əlavə məktəbin digər uğurları isə mütamadi olaraq müxtəlif layihələrdə iştirak edərək uğur qazanmasıdır.

Şagirdlərinin uğurlarına sevinən sinif 11 a sinfinin rəhbəri Xatirə Ağayeva təəssüratlarını Kanal 32.az saytı ilə bölüşüb:” Bu sinfi direktorumuz Anar muəllim bu sinfi mənə təqdim edəndə mən özümə söz verdim ki, öz övladlarıma necə ana olmuşam bu şagirdlərdə elə sevgimi verəcəm.Bu gün mənim oğlum Ali Baş Komandanimiz İlham Əliyevin Zabitidir. Ali Baş Komandanimiz ona Dövlət Sərhədlərimizi və əsgərlərimizi etibar edib. Qızım isə anasının öz peşəsini necə sevdiyini görüb,anasının yolunu davam etdirdi və ingilis dili müəllimi ixtisasını seçdi. Və söz verdi ki, bizim gül balalarımızın təlim- tərbiyəsi ilə məşğul olacaq.Mən də siz verdim və buna nail oldum. Bu gün mənim sinfimin 19 şagirdinin 19 da Ali məktəblərə qəbul olub.Biz bu yolda əziyyət çəkdik , çalışdıq və qazandiq”.

Esmira Hidayətova,

Mingəçevir