Futbol üzrə milli komandamızın sabiq üzvü Vaqif Cavadovun 4 ildi 142,500 manat borc aldığı xanım danışdı.
Kanal32.az Media TV-yə müraciət edən, Bakı şəhər Səbail rayon sakini Bağırova Dilarə Həmid qızı bildirir ki, 4 ildir Azərbaycanın tanınmış futbolçusu Vaqif Cavadova borc verdiyi pulu geri ala bilmir.
Xanım müraciəti zaman onu da bildirib ki, Vaqif Cavadov Azərbaycanın tanınmış ağsaqqal futbolçusu İsgəndər Cavadovun qardaşı oğludur.
Dilarə xanım iddia edir ki, 4 ildə pulu geri almaq üçün bütün vastələrdən istifadə edib, hətta əmisi İsgəndər bəy baş verənlərə müdaxilə edərək qardaşı oğlu Vaqifə zaman qazandırıb ki, borcunu geri qaytarsın.
Buna baxmayaraqa bu günə qədər 142,500 manatdan bir qəpik də geri qaytarmayıb.
Şikayətçi Dilarə Bağırova onu da bildirir ki, Vaqif Cavadov onun müraciəti əsasında hüquq mühafizə orqanlarına dəvət olunub. Və orada bildirib ki, borcunu qısa zamanda ödəyəcək.
Bağırovanın iddiyalarına aydınlıq gətirmək üçün futbolçu Vaqif Cavadovla əlaqə saxlamaq istədik, ancaq o, telefona cavab vermədi.
Qeyd edək ki, Cavadov Vaqif Fizuli oğlu Azərbaycanda Qarabağ, Keşlə, Sumqayıt kimi futbol kulublarında oyunçu olub. Futbolçu hazırda Qazaxıstan Respubilkasının Turan Futbol Kulbunda köməkçi məşqçi vəzifəsində çalışır.
Media qurupumuz Dilarə Bağırovanın etdiyi iddiyalara görə qarşı tərəfi dinləməyə hazırdı.
Mövzu diqqətimizdədir, digər detallar əməkdaşlarımız tərəfindən araşdırılır.
İnterPosta.info