Mingəçevirdə 11 gün parkda yatan atılmış qocaya kişiyə dəstək göstərilib.
“Kanal32”nin əməkdaşı Esmira Hidayətovanın xəbər vermişdi ki,Mingəçevirdə 70 yaşlı atanı oğlu evdən çölə atıb. Məsələni araşdırmaq üçün həmin ata Zeynalov Vitali Abdulla oğlu ilə elə həmin yerdə görüşüb məsələnin məğzini öyrəndik.Məlum oldu ki,Vitali Zeynalov uzun müddət Mingəçevirdə müxtəlif işlərdə çalışıb. Daha sonra Rusiyada işləyib və orda da yaşayıb. Onun bir oğlu da olub.Hal-hazırda oğlu Lipetsk şəhərində yaşayır. Ağsaqqalın dediyinə görə həyat yoldaşı ilə(boşanıblar) oğlu birləşərək bunun xəbəri olmadan yaşadıqları mənzili makler Mobil adlı şəxsin vasitəsi ilə evi satıb, pulu da öz aralarında bölüblər.Vitali də gəlib görüb ki,ev satılıb və o da küçələrdə qalıb.11 gündür şəhərin “41-45 abidəsi” deyilən parkında gecələyir.
Bu müddət ərzində Vitali kişiyə ərzaq,su,çay verənlər olub. Amma onunla daha yaxından maraqlanan Mingəçevirdən deputatlığa namizəd Tacəddin Əyyubov oldu. Qazi İsmayılla bərabər ağsaqqalın vəziyyətinin ağır olduğunu görüb onu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Tacəddin Əyyubov M ingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova da məlumat verib. Bildirilib ki,Mingəçevirdə qocalar evi olmadığına görə bu işlərlə Sosial Xidmətlər Agentliyi maraqlanır.
Sosial Xidmətlər Agentliyinin əməkdaşı Sərvər Abdullayev saytımıza bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları sözügedən vətəndaşla görüşüblər. Mütəxəssislərimiz tərəfindən şəxsin yerindəcə qiymətləndirilməsi aparılıb. Vitaliy Zeynalovun özünün də razılığı olarsa onun sığınacağa yerləşdirilməsi məsələsinə qanunvericiliyə uyğun şəkildə baxılacaq.
Kanal32.az