Erməni işğalı altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda 44 gün ərzində apardığımız Vətən müharibəsi Tarixi Qələbə ilə yekunlaşdı.Bu qələbəni rəsmiləşdirən və hüquqi müstəvidə özündə əks etdirən isə 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) bəyannamə oldu. Güneyimizdəki, guzeyimizdəki, Avropadakı, bir sözlə, bütün havadarlarının dəstəyinə baxmayaraq bu bəyanatla Ermənistanın biabırçı kapitulyasiya aktına imza atdı. Bu məğlubiyyət təkcə işğalçı Ermənistanın deyil, həm də uzun illərdir onlara maddi və hərbi-siyasi dəstək verən ölkələrin məğlubiyyəti idi.
Bəyannamənin imzalanmasından sonrakı proseslər bir sıra vacib və tarixi addımların reallaşmasına zəmin yaratdı.
Birincisi, bu bəyanat Azərbaycan Ordusunun apardığı unikal və uğurlu hərbi əməliyyatların məntiqi davamı kimi çağdaş hərb tariximizin bir parçasına çevirildi. İkincisi,bu sənəd münqişədən sonrakı dövrdə hərbi gücdən doğan siyasi situasiyanın yaradığı əlverişli şərait idi ki, bu da öz növbəsində diktə edən Azərbaycan tərəfindən mövcud məsələni diplomatiyaya masasına daşımaq strategiyasının başlanğıc nöqtəisi oldu. Üçüncüsü, 44 günlük savaş dönəmində Azərbaycana mənəvi və siyasi dəstəyini əsirgəməyən qardaş Türkiyənin imzalanan sözügedən bəyanatın tərəfi olmadığı halda həmin sənəddə keçən bir cümlə Bakı-Ankara hərbi əməkdaşlığının güclənməsini şərtləndirən amil kimi ön plana çıxdı. Söhbət həmin bəyanat əsasında Ağdamda yaradılan Atəşkəsə Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılmasından gedir. Bununla da Türkiyə rəsmi qaydada mübahisəli məsələlərin gələcək həlli və atəşkəsə nəzarət etmək işində mühüm rol oynadı. Rəsmi Ankaranın mövqeyində Qarabağ məsələsinin prioritet olmasının siyasi göstəriciləri açıq şəkildə nəinki etibarsız Rusiya və İran üçün, eyni zamanda çöxüzlü Qərb üçün də soyuq duş effekti yaratdı. Proseslərin davamı kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan postmünaqişə dövründə Şuşaya səfər etdi, burada Prezident İlham Əliyevlə birgə mühüm tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsi imzalandı. Qısa müddət sonra Türkiyə lideri Füzuli Beynəlxalq Hava Limanının açılışına qatıldı, ardınca isə Zəngilana da səfər etdi. Bütün bunların fonunda Ankara-Moskva arasındakı diplomatik təmaslarda Türkiyə Azərbaycanla strateji müttəfiqlik əqidəsinə uyğun olaraq hər zaman Bakının maraqlarını önə çıxardı.
10 maddədən ibarət üçtərəfli bəyannamənin şərtlərindən irəli gələrək Azərbaycan siyasi cəhətdən də mövqelərini möhkəmləndirmək üçün bir sıra vacib addımlar atmalı idi. Məhz bu addımlardan biri 07 iyul 2021-ci ildə rəsmiləşdi. Prezident İlham Əliyevin həmin tarixli fərmanına əsasən, Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları Qarabağ İqtisadi Rayonun tərkibinə, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonunun bölgüsünə daxil edildi. Bu olduqca mühüm tarixi qərar idi. Beləliklə,sülhməramlı adlanan kontingentin müvəqqəti yerləşdirildiyi ərazinin Azərbaycanın yurisdiksiyasında olduğu Prezidentin fərmanı ilə rəsmən təsdiqləndi. Zaman göstərirdi ki, Ermənistan müxtəlif bəhanələrlərlə siyasi spikuliyasiyalara və siyasi sobatajlara yol verir. Belə olan halda diqqətlər daha çox bəyanatın 4-cü maddəsinə yönəlirdi və onun icrasında yaranan problemlər qaçılmaz idi. Belə ki, sülhməramlıların nəzarət zonasında qalan erməni separatçılar, qanunsuz hərbi birləşəmələr (oxu:terrorçular) ərazidən çıxmaq əvəzinə sanki “sülhməramlı”lara güvənərək daha radikallaşmağa başladılar. Dəfələrlə hərbi təxribatlara əl atdılar. Ancaq Azərbaycan Ordusunun adekvat cavab tədbirləri ilə yerlərində otuzdurulurlar. Açıq ifadə etmək yerində düşər ki,onların revanşizm duyğularını qidalandıran Rusiya sülhməramlı qüvvələrinin mandat və funksiyalarından kənar presedentlər yaradırdı. Baxmayaraq ki, imzalanan üçtərəfli bəyanatın icrası məhz onların iştirakı ilə təmin edilməli idi. BMT-nin məlum qətnamələrinin icrasını təmin edən Şanlı Azərbaycan Ordusu bu dəfə də 10 noyabr-Üçtərəfli Bəyannamənin icrasını üzərinə götürdü. Və 19-20 sentyabr 2023-cü il tarixdə həyata keçirilən lokal antiterror əməliyyatları ilə erməni silahlı birləşmələrinin revanşist qalıqlarını ərazilərimizdən tamamilə təmizlədi. Ardınca Ağdərədə, Xocavənddə, Xocalıda və Xankəndidə qutsal bayrağımız ucaldıdı və suverneliyimiz tam şəkildə bərpa edildi. Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinə söykənən sərkərdəliyi altında qəhrəman Azərbaycan oğlularrının sayəsində ordumuz adını həm çağdaş tariximizə və dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı.
10 Noyabr-Üçtərəfli Bəyannaməsinin nəticələrini ümumi şəkildə belə dəyərləndirmək olar:
- Üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistan üzərində həm hərbi, həm də siyasi qələbəsini təmin etməklə yanaşı,regionun ən qüdrətli hərbi və siyasi gücü olduğunu onların havadarlarına açıq tekstlə çatdırdı;
- 10 Noyabr-Üçtərəfli Bəyannaməsi uzun illər erməni lobbisinin və Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi;
- Ermənistanda hərbi-siyasi və ictimai-siyasi böhran dərinləşdi (məlum növbədənkənar seçkilər, istefalar və həbslər…);
- Azərbaycanın yaratdığı yeni siyasi reallıq fonunda Azərbaycan-Türkiyə-Rusiya üçlü formatı ön plana çıxdı;
- Bu bəyannamənin-sənədin Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinin cücərtisi və bünövrəsi rolunu oynadı;
Aygün Qasımova,
Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin direktoru,
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı