“10 dəqiqəyə sığan dünya” layihəsi çərçivəsində ilk təlim keçirilib-FOTOLAR

“10 dəqiqəyə sığan dünya” qrant layihəsi çərçivəsində ilk təlim baş tutub.

KANAL32.az-a verilən məlumata görə,layihənin birinci təlimi çərçivəsində müsahibə mərhələsində uğur qazanmış iştirakçı şagirdlər üçün təlimlərin gedişatını izləmək məqsədilə diaqnostik qiymətləndirmə keçirilib.

Qiymətləndirmə zamanı səs və diksiyanın idarə olunması, radio mətnlərinin hazırlanması, canlı yayım prinsipləri və komanda işi üzrə ilkin biliklər yoxlanılıb.

Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 4 təlimin keçirilməsi nəzərdə tutulur. Təlimlər nəticəsində şagirdlər radio çıxışları üzrə bacarıqlarını inkişaf etdirəcək və layihənin sonunda məktəb radiosunun fəaliyyətini müstəqil şəkildə həyata keçirəcəklər.

Xatırladaq ki, “10 dəqiqəyə sığan dünya” qrant layihəsi Rəna Səfərova tərəfindən Mingəçevir şəhər İsmət Qayıbov adına 10 nömrəli tam orta ümumtəhsil  məktəbində həyata keçirilir.

Layihənin məqsədi XXI əsr bacarıqlarına malik şagirdlərin hazırlanması, məktəbdə müsbət sosial mühitin formalaşdırılması və şagird motivasiyasının artırılmasına xidmət edən radio şəbəkəsinin yaradılmasıdır.

#GrantEduAz #IXQrant #QrantMüsabiqəsi  #EduGrants